bookmate game
az
Ömər Xəyyam

Rübailər

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Şəhriyar Həsənцитирует9 лет назад
    Kafirlik ilə din arası bir andır,

    Şəkk ilə yəqinin arası bir andır,

    Xoşluqla keçir sən bu əziz ömrü bu gün,

    Sağlıqla ölüm fasiləsi bir andır.
  • Şəhriyar Həsənцитирует9 лет назад
    İçmirsən əgər məstləri töhmətləmə sən,

    Yüz qəlbi qəmə, dərdə salır hər fitnən,

    Sən içməməyinlə fəxr edirsən, lakin

    Yüz iş törədirsən daha pis içməkdən.
  • Mir Aliцитирует9 лет назад
    Derlər ki, şərab içənlərin yox dini,

    Mən içmədəyəm, şərab özü dinimdir.
  • Azər Əlizadəцитирует7 лет назад
    Hərdən birisi çıxır, deyir ki: bu mənəm!

    Mal-dövlət ilə qürrələnir ki: bu mənəm!

    Lakin işi bir gün düzəlirkən qoçağın,

    Birdən qapını əcəl döyür ki: bu mənəm!
  • Mir Aliцитирует8 лет назад
    İçmirsən əgər məstləri töhmətləmə sən,
    Yüz qəlbi qəmə, dərdə salır hər fitnən,
    Sən içməməyinlə fəxr edirsən, lakin
    Yüz iş törədirsən daha
  • Mir Aliцитирует9 лет назад
    Mən dərdini çəkmərəm nə məchul sabahın

    Və nə dünənin ki, heç dönüb gəlməyəcək.
  • Mir Aliцитирует9 лет назад
    Öldükdə mənim cismimi badeylə yuyun,

    Təlqinimi də mey şüşəsindən oxuyun,

    Məşhər günü tapmaq məni sizə istəsəniz,

    Meyxanədə axtarın məni, orda duyun!
  • Bahlul Valiyevцитирует5 лет назад
    Ey xacə, inandırma bizi boş sözünə,
    Get, Allaha bax, nəsihəti ver özünə.
    Biz düz gedirik, sənin gözün əyri görür,
    Bizdən uzaq ol, çarə elə öz gözünə.
  • Azər Əlizadəцитирует7 лет назад
    Bəsdir daha olduq əqlə hər gün biz əsir,

    Dünyada yüz il yaşa, ya bir gün birdir,

    Ta kuzəçi etməyib hələ kuzə bizi,

    Sən dur mənə bir kasə ilə badə gətir.
  • Azər Əlizadəцитирует7 лет назад
    Şeyxi gördüm meyxanadan məst çıxır,

    Qolda canamaz, əldə də bir şişə çaxır,

    – Ey şeyx, – dedim, – nə var, nə üz verdi sənə?

    – Mey iç, – dedi, – dünyanın işi sel tək axır.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз