az
Çingiz Abdullayev

Məntiq Qaydaları

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Üç epizoddan ibarət romanın birinci epizodunda dincəlmək üçün Marselə getmiş Dronqoya dostu və həmkarı — professor Stiven Rossdan qəfil telefon zəngi gəlir; o, Avropanın «şərab kralı» kimi tanınan məşhur milyonçu Edvard Harrisonun onunla təcili görüşmək istədiyini Dronqoya çatdırır. Dostunun xahişindən keçə bilməyən Dronqo istirahətini yarımçıq qoymalı olur və Rossla birgə milyonçunun Monpelyedəki qəsrinə yollanır. Mister Harrison, Dronqoya Londondakı seyfindən müəmmalı şəkildə oğurlanmış çox qiymətli sənədlərin axtarışıyla məşğul olmağı və bunun müqabilində ona bir milyon funt qonorar təklif edir. Dronqo təklifdən imtina edir, lakin geri qayıtmağa hazırlaşarkən milyonçunun evində son dərəcə gözlənilməz hadisələr baş verrir — cəmisi bir neçə saatdan sonra öz villasında, qapısı içəri tərəfdən bağlı otaqda mister Harrisonun meyiti aşkar olunur; ertəsi gün isə təxminən eyni vəziyyətdə onun otuz yaşlı gözəl xanımı Anna Harrison qətlə yetirilir. Cinayət işlərinin təhqiqatıyla məşğul olan polis komissarı Dyubuanın səyləri heç bir nəticə vermir, lakin Dronqo polis komissarının bacarmadığı çətin işə girişib, çox qısa bir müddətdə bu müəmmalı qətllərin sirrini açmağa və qatili tapmağa müvəffəq olur.
İkinci və üçüncü epizodlarda Dronqo daha çətin, daha mürəkkəb situasiyalara düşür və daha müəmmalı cinayətlərin təhqiqatına cəlb olunur. Bir-birindən fərqli şəkildə törədilmiş amansız qətllərin üstünü açmaq, qatili ifşa etmək ilk baxışda mümkünsüz görünsə də, Dronqo öz çevik ağlının və ona heç vaxt etibarsız çıxmayan dəmir məntiqinin sayəsində bu işlərin öhdəsindən məharətlə gəlir.
Эта книга сейчас недоступна
153 бумажные страницы
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Şəhla İsmayılovaделится впечатлением5 лет назад
    👍Worth reading

    Çingiz Abdullayevin yazıçılığı, əsərləri insana təsir edir. Onu öz təsiri altına alır.

  • Umudova Svetaделится впечатлением5 лет назад
    👍Worth reading

    Peşəkar yazıçıdan yalnız belə peşəkar əsər gözləmək olar

  • b3676743166делится впечатлением8 лет назад

    Bu kicik epizodlar yazicinin eserleri icinde en besiti oldu..yene de tewekkurler..

Цитаты

  • Fatimə A.vaцитирует9 лет назад
    Təxəyyül istənilən boş şeyi elə şişirdir və ona elə ağlasığmaz bir dəyər verir ki, o bizim qəlbimizi büsbütün doldurur; digər tərəfdən, öz rüsvayçı qabalığı ucbatından həqiqi böyüklüyü, məsələn, Allahın surətini öz hüdularına qədər
  • Mehdi Ibrahimovцитирует7 лет назад
    Təxəyyül istənilən boş şeyi elə şişirdir və ona elə ağlasığmaz bir dəyər verir ki, o bizim qəlbimizi büsbütün doldurur; digər tərəfdən, öz rüsvayçı qabalığı ucbatından həqiqi böyüklüyü, məsələn, Allahın surətini öz hüdularına qədər kiçildir.
    Blez Paskal
  • Rahimakhanim Ismayilzadaцитирует2 года назад
    Madam Polonskaya hamını masaya dəvət etdi və yalnız bundan sonra Jorj de Ruvrua kitabxanadan çıxıb süfrəyə yaxınlaşdı. O, ucaboylu, çalsaç bir qocaydı və öz varlığında sanki köhnə Avropa kübarlığının izlərini yaşadırdı.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз