az
Səbahəddin Əli

İçimizdəki şeytan

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • M.Vəlizadəцитирует6 лет назад
    Mən inanıram ki, beşgünlük ömrümüzü zəhərləməmək üçün nə ötən günlərimizə, nə guya əldən buraxdığımız imkanlara heyifsilənməli, nə də özümüzü gələcəyə aid xəyallarla arxayınlaşdırmalı, bugünkü həyatımızla, dolanışığımızla kifayətlənməli və ömrü başa vurmalıyıq. Hər bir hadisənin insanı əyləndirən cəhəti də olur.
  • Aynur Alasgarovaцитирует8 лет назад
    Günlərin birində biz ya ağlımızı itirəcəyik, yaxud da dünyaya hakim olacağıq.
  • M.Vəlizadəцитирует6 лет назад
    Eyni adama biri axmaq deyir, o biri ağıllı, biri əxlaqsız deyir, o biri tərbiyəli, bu cəhəti yaxşıdır, amma o biri cəhəti pisdir deyə hökmlər verirlər. İnsanın biliyi, fikirləri, məntiqi, əxlaqı, xülasə, hər şeyi insanın varlığı ilə bir vəhdət təşkil etdiyini anlamırlar. İnsan nə qədər müxtəlif cəhətlərə malik olsa da, onun bütün keyfiyyətləri müəyyən bir nöqtədə birləşir və bir ahəng yaradır. Bu nöqtə isə şəxsiyyət dediyimiz şeydir.
  • Sakina İbrahimцитирует6 лет назад
    – Nə istədiyini bilsən, ürəyin sıxılmaz, – dedi.
    Ömər yalvarırmış kimi:
    – Mənə arzu ediləsi, uğrunda qurban gediləsi bir məqsəd göstər, – dedi. – Mən ondan ikiəlli yapışaram.
  • Mir Aliцитирует7 лет назад
    Çəkməsilənin işinə qarışmıram, amma ayaqqabılarımı pis rənglədiyini görəndə etiraz etməyə haqqım var.
  • Hittingthespacebarцитирует8 лет назад
    Şeytan bizim qürurumuzun, kütlüyümüzün uydurmasıdır...
  • Hittingthespacebarцитирует8 лет назад
    Tənhalıq hissindən xoş bir rahatlıq duyur, beyni xeyli vaxt qaçıb yorulandan sonra açıq havada, saralmış otların üstündə uzanıb mışıl-mışıl yatan, dincini alan yorğun uşağı xatırladırdı.
  • Şahin Məmmədzadəцитирует4 года назад
    Lakin nə edəsən? Ürəyimizdə əxlaqımızla əlaqəsi olmayan elə bir hesablama hissimiz var ki, o, baş verən hadisələri öz süzgəcindən keçirir, nəticələr çıxarır, həmişə açıq olmasa da, gizlində qalib gəlir və hər şey də onun istəyincə olur.
  • pervin gasimovaцитирует5 лет назад
    Dünyaya nə üçün gəldiyimizi soruşdum, sualıma cavab vermədi. Yaradıcılıq zövqündən, həyatın öz-özlüyündə müəyyən məna kəsb etdiyindən dəm vurdu. Çürük fikirlərdir. Axı nə yaradasan? Yaratmaq – yoxdan var etmək deməkdir. Ən ağıllı adamlarımızın başı bizdən əvvəl yaşamış insanların qazandıqları bilik və təcrübələr saxlanan bir anbardır. Yaratmaq istədiyimiz şeylər çoxdan mövcuddur və bu da mallara yeni bir bəzək vurub, onları bazara çıxarmaqdan başqa bir şey deyildir.
  • M.Vəlizadəцитирует6 лет назад
    Yaxşılıq başqalarına pislik etməmək deyil. Yaxşılıq ürəyində pisliyin cövhərinin olmaması deməkdir.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз