Əsər uzun müddət öz ata-anasının kim olduğunu bilməyən və yetim kimi yad adamların arasında dolaşan balaca Reminin həyatından və sərgüzəştlərindən bəhs edir.
Yazıçı, Reminin həyatını, onun dostları — mehriban Barberen ananı, nəcib Vitalisi, sədaqətli dostu Mattianı, düşmənləri — qəddar Qarafolini, vicdansız Driskolu, hiyləgər Ceyms Milliqanı böyük məharətlə təsvir edir. H.Malo povestin tam hüquqlu iştirakçıları olan heyvanların — meymun Duşkanın, Kapi, Dolçe və Zerbino itlərin təsvirinə də böyük diqqət yetirir.