“Musa və təkallahlılıq” kitabı məşhur avstriyalı
psixoloq, psixiatr, psixoanalizin banisi Ziqmund Freydin
sonuncu əsəridir. Freyd bu əsərində Bibliyada başlıca
fiqur kimi tanınan, yəhudi xalqı üçün ilk qanunların
və dinin yaradıcısı, onları Misir əsirliyindən qurtarmış
böyük öndər sayılan Musanın əslən yəhudi deyil, misirli
olmasını çoxsaylı tarixi qaynaqlara əsaslanmaqla
və özünün yaratdığı psixoanalitik araşdırmalar metoduna
əsasən sübuta yetirməyə çalışır. Freydə xas olan
düşüncə genişliyi və dərinliyi, ardıcıl və güclü məntiq,
habelə detektivsayağı qurulmuş süjet xətti, üstəlik, bütün
bu hadisələrə psixoanalitik təhlillərlə yanaşılması,
kitabı oxunaqlı edərək oxucunun yeni biliklər qazanmasına
və düşüncəsinin yenilənməsinə xidmət edir.