az
Ziqmund Freyd

Musa və təkallahlılıq

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • myraileaцитирует4 года назад
    Onun bu üstünlüyünü əlindən almayın”.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Homerin öz eposlarını və yunan dramaturqlarının öz şah əsərlərini yazması üçün yararlandıqları bu qədər əfsanə və mif yunanlarda haradan idi? Cavab isə belə ola bilərdi: görünür, bu xalq uzaq keçmişində parlaq həyat, çiçəklənən bir mədəniyyət yarada bilmiş, hansısa faciədən sonra bunların hamısını itirmiş və o böyük günlər haqqında yalnız şifahi formada yaşayan əfsanələrdə dumanlı məlumatlar qala bilmişdi. Belə mülahizələri irəli sürmək indiyədək çox riskli sayılırdı, lakin müasir dövrdə aparılan arxeoloji qazıntılar onların doğruluğunu təsdiqlədi. Arxeoloqların bu axtarışları, böyük ehtimalla, e.ə. 1250-ci ildən əvvəl dağılmış çox böyük Krit-Miken mədəniyyətinin qalıqlarını tapıb üzə çıxara bildi. Bu çağdan sonra yaşamış yunan tarixçilərinin heç birinin əsərlərində bu mədəniyyətlərlə bağlı məlumat yoxdur. Onların əsərlərində yalnız epizodik şəkildə vaxtilə kritlilərin dənizdəki hökmranlığından, onların Minos adında kralından, böyük və gözəl sarayından, burada qurulan labirintdən söz açılır; tarixçilərin əsərlərində o dövrlə bağlı başqa heç bir dəyərli məlumat yoxdur, ancaq həmin dövrün mahiyyətini açan digər məlumatlar xalq arasında dolaşan əfsanələrdən yararlanmağı bacaran şairlərin əsərlərində yaşaya bilmişdir.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Biz bu gün olduqca qorxunc bir dövrdə yaşayırıq. Başımızı qaldırıb baxanda mədəniyyətin barbarlıq ilə ittifaqa girdiyini görüb təəccüblənirik. Sovet Rusiyasında yüz milyona yaxın insanı ən yaxşı həyata çatdırmaq məqsədilə dözülməz sıxıntılar içində saxlayırlar. Onları belə bir səadətə çatdırmaq üçün yetərincə riskli addımlar atdılar: insanları hamılıqla din tiryəkindən məhrum edib, bunun qarşılığında bəlli ölçülər daxilində seksual azadlıqlar verdilər və eyni zamanda onları amansız bir təzyiqə məruz qoydular, habelə azad düşüncə imkanlarından tamamilə məhrum etdilər. Buna oxşar bir amansızlıqla italyan xalqına da qayda-qanun və borc duyğuları aşılanmaqdadır. Bugünkü alman xalqının misalında mütərəqqi ideyalara əsaslanmayan insanların ən uzaq tarixi keçmişindəki barbarlığa gəlib çıxdığını görürük, ancaq bu işə başçılıq edənlər bütün bunları onların əlavə qayğılardan azad olunması adlandırırlar. İş gəlib o yerə çatıb ki, bu gün mühafizəkar demokratizm mədəni tərəqqinin qoruyucusuna çevrilmişdir və necə qəribə olsa da, yalnız katolik kilsəsinin qurumları mədəniyyətin dağıdılması meyillərinin qarşısını alan bir qüvvə olaraq qalmışdır. Bəli, necə acınacaqlı olsa da, indiyədək azad düşüncə, tərəqqi və həqiqəti dərk etməyin barışmaz düşməni olan kilsə bu gün mədəniyyətin son sığınacaq yeri olmuşdur!
  • Xuraman Memmedovaцитирует6 лет назад
    Din kollektiv nevrozdur və onun insanlar üzərindəki ağlagəlməz hökmü də nevrozun ondan əziyyət çəkən insanlar üzərindəki hökmü kimidir
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Təktanrılı dinin sonrakı inkişafı artıq yəhudi xal­qının tarixi çərçivəsindən kənara çıxır. Çox uzaq keç­mişdə ibtidai icmanın başçısı olmuş Atanın başına gəlmiş möhtəşəm dramın tək tanrı obrazına qarışıb kollektiv yaddaşa qayıdan başqa elementləri də vardı. Bu elementlər musaçılıq dininə qarışa bilməzdi, ancaq onlar şüura daxil ola bildilər və bunun nəticəsində, o dövrlərdə Aralıq dənizi hövzəsində yaşayan və öldürülmüş “Atanın qayıdışına” şahid olan bütün xalqların şüurunda hansısa günahla bağlı həyəcanlı və əzablı duyğular yaratmağa başladılar, bu isə yaxınlaşmaqda olan müəyyən fəlakətin hiss olunmasına bənzəyirdi və belə bir əzabverici duyğuların yaranmasının gerçək səbəbini onlardan heç biri anlaya bilmirdi. Çağdaş tarix elmində antik mədəniyyətin sonradan “qocalmasından” danışılır. Mən də bununla razılaşmağa hazıram, həm də bu qocalmanın da müəyyən ümidsizlik və ondan yaxa qurtarmaqla bağlı duyğular yaratdığına səbəb olduğunu da demək olar. Bu qurtuluş yolunu isə yenə də yəhudilər tapdılar. Qurtuluş ideyası üçün işlənən xammalın müxtəlif (o cümlədən yunan) qaynaqlarından götürüldüyünü də ehtimal etmək mümkündür, ancaq bütün bunlara baxmayaraq, burada da son sözü sırf yəhudi ağlı demişdi – bu, Tarsisli Saul adında Roma vətəndaşı olan və dini ədəbiyyatda Pavel adı ilə tanınan bir yəhudi olmuşdu – və hadisələrin mahiyyətini belə anlatmışdı: “Biz nə vaxtsa Atanı (yəni tanrını) öldürdüyümüz üçün bədbəxt olmuşuq”. İndi qurtuluş yolunun nə üçün Pavelə illüziya formasında gəlib çatdığı da bəlli olur və deyilənə görə, ona belə bir vəhy göndərilmişdi: “Biz üzərimizdə olan bütün günahları təmizləyə bilərik, lakin bunun üçün gərək bizlərdən biri bu günahlardan təmizlənə bilməyimiz üçün özünü qurban versin”. Bu deyilişdə günahın mənşəyinin Atanın öldürülməsi ilə bağlı olduğu xatırlanmır (bunun yerinə hansısa dumanlı və anlaşılmaz “ilkin doğulan günahdan” söz açılır), ancaq məlum olduğu kimi, öz həyatını qurban verməklə bağışlana bilən günah yalnız insanı öldürməklə bağlı ola bilər. Dini illüziya ilə (ilkin günahın bağışladılması) tarixi gerçəklik arasındakı (Atanı öldürməyə görə olan günahın bağışladılması) əlaqə Pavelə özünün ikinci tezisini qurmaqda kömək etdi və onun sözlərinə görə: “günahların bağışlanması mərasimində verilən qurban “tanrı oğlu” oldu”. Kollektiv yaddaşa qayıtmış ibtidai icma quruluşu dövrünün keçmişi ilə bağlı olan tarixi gerçəklik yeni dinə qeyri-adi psixoloji inam yaratdı, daha doğrusu, burada artıq “Həqiqətin” özü vardı; bu isə yeni dinə qarşısındakı bütün maneələri dəf etməkdə kömək etdi; yəhudilərin qürrələndikləri: tanrının seçdiyi xalq olmaları ilə bağlı duyğunun əvəzində isə, bu din insanlara ataya bəslənən ikili münasibətin inancın köməyilə aradan qaldırılmasını bağışladı və Atanın qarşısında olan günahlar Oğulun qurban verilməsi ilə yuyulmuş oldu.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Tanrının tək olması insanlar arasında bu qədər misilsiz bir təəssürat yaradırsa, deməli bu ideyada “Əbədi Həqiqətin” toxumu vardır və elə buna görə də ona inanmamaq mümkün deyil; bir zamanlar gizlin qalan bu Həqiqət sonunda insanları öz işığına qərq etdi və onun parlaq işığında insanların ağlına indiyədək hakimlik edən nə vardısa, hamısı öz əhəmiyyətini itirib sönükləşdi
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Gəlin bizi indiyədək düşündürən daha sadə prob­lemlə məşğul olaq. Biz yəhudi xalqının bu günədək ya­şa­mağa və özünün varlığını qorumağa kömək edən özünəməxsus xarakterinin haradan qaynaqlandığını an­lamağı qarşımıza məqsəd olaraq qoymuşduq. Daha sonra öz araşdırmalarımızla bu xarakteri Musa deyi­lən adamın möhkəmləndirdiyini aydınlaşdırdıq, onun yəhudilərə bağışladığı yeni din bu xalqın şəxsi ləyaqət hissini olduqca yüksəldə bildi və onlar özlərinin bütün başqa xalqlardan üstün olduqlarına inandılar. Bu­nunla da, onlar başqa xalqlardan kənar durmağa çalı­şaraq, öz varlıqlarını qoruya bildilər. Onları hamılıqla yiyələndikləri intellektual və emosional bir irs birləşdirdiyindən yəhudilər başqa xalqlarla evlənərək yaranan qan qarışıqlığından da qorxmurdular. Musanın dini aşağıdakı üç səbəbdən bu xalqa belə bir təsir göstərə bilmişdi: 1) xalqa yeni tanıdığı dinin tanrısının böyüklüyündən pay ala bilmək imkanı yaradırdı; 2) bu xalqın böyük tanrı tərəfindən seçilmiş xalq olması və tanrının xoşməramlı olduğunu sübut edəcəyi təsdiq olunurdu; 3) xalqı ruhani tərəqqi yoluna yönəldirdi və öz-özlüyündə vacib olan bu hadisə ilə xalqın intellektual fəaliyyəti daha yüksək dəyərləndirməsi xüsusiyyəti yaranır, bu isə onun ehtiraslardan imtina etməsinə gətirib çıxarırdı.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Müqəddəslik” anlamında işlənən “sacer” sözü təkcə “müqəddəs” və “müqəddəsləşmiş” anlamlarını vermir, yeri gələndə, bu sözdən “lənət”, “qarğış” və “iyrənc” kimi anlamlar da doğula bilər (misal üçün, latıncada: “qızıla olan lənətə gəlmiş acgözlük” belə deyilir: “auiri sacra fames”). A
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Görəsən, ehtirasdan imtinanın məmnunluq yarat­maqla izah olunması öyrənmək istədiyimiz problemi anlamağa kömək edirmi, yəni doğrudanmı, özünü­dərkin güclənməsi ruhani uğurlardan doğur? Deyəsən, bir o qədər də yox. Vəziyyət bir qədər başqa cürdür. Burada ehtirasdan imtina olunmasından heç bir söz açılmır və sevgisi naminə fədakarlıq edilən ikinci şəxsdən və ya instansiyadan da danışılmır. Buradakı ikinci mühakimənin şübhə doğurduğunu biz tezliklə görəcəyik. Bu məqamda belə demək yerinə düşərdi: məhz böyük insan böyük nüfuz sahibi olduğu üçün bu mərtəbəyə qalxmışdır və ona olan sevgi onun vurğunlarına uğur gətirir, habelə böyük insan ataya bənzədiyinə görə bu cür güclü təsir göstərə bildiyindən kütləvi psixologiyada onun payına “Üst MƏN” rolunu oynamaq düşür. Bu dediklərimiz Musa ilə yəhudi xalqı arasındakı münasibətlərə uyğun gəlir və buradakı prosesin də buna oxşar olduğunu düşünmək olar. Ancaq başqa məqamlarda belə bir analogiya özünü doğrultmur. Ruhani tərəqqinin mahiyyəti birbaşa təsirinə uğradığımız duyğu ilə bağlı olan qavramaya qarşı yüksək intellektual prosesləri qoymaq və üstünlüyü ona verməkdir, daha doğrusu, xatirə, mühakimə və rəylərlə bağlı olan qavramanı daha vacib saymaqdır. Məsələn, analıq birbaşa duyğu orqanlarının vasitəsi ilə yaranır, atalıqda isə belə birbaşa duyğularla bağlı asılılıq yoxdur, ancaq buna baxmayaraq, atalıq bir dəyər kimi analıqdan üstün sayılır. Ona görə də uşağın atasının adı ilə tanınması və onun varisi olması doğru hesab olunur. Yaxud tanrı yel kimi və ya ruh kimi gözəgörünməz olsa da, onun ən böyük və ən qüdrətli olduğuna inanırlar. Göründüyü kimi, seksual və ya aqressiv ehtirasların cazibəsindən yayınmaq dediyimiz proseslərdən tamamilə fərqlənir. Həm də ruhanilik istiqamətində müəyyən uğurlar qazanılması, məsələn, atalıq hüququnun üstünlüyünün tanınması burada öz nüfuzunun miqyasına görə daha vacib olan başqa bir nüfuz sahibini aşkara çıxarmır. Bu hadisədə vacib nüfuz sahibinin yerini ata tuta bilməz, axı prosesi yönəltmir, onun özünü də yalnız ruhani tərəqqi nüfuz sahibinə çevirir. Nəticədə, belə bir fenomenlə qarşılaşırıq: bəşəriyyətin inkişafında ruhanilik tədricən hissiyyatlılığa qalib gəlir və insanlar hər belə bir uğura görə qürrələnir və yüksəldiklərini sanırlar. Ancaq bütün baş verənlərin nə üçün məhz belə olduğunu demək olmur. Daha sonra isə belə bir hadisə də baş verir: ruhaniliyin özü inancın tamamən anlaşılmaz bir fenomeninə çevrilir. Burada bəlli: “credo quia absurdum(absurd olduğu üçün də inanıram)” ehkamından söz gedir, bununla belə, bu sözü deməyə gəlib çıxmış hər bir kəs ruhani baxımdan yüksəlişə çatdığını sanır
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Bizim ehtimalımıza görə, insan, sadəcə, ən vacib olanı ən ağır olan kimi elan edir və onun qüruru da elə şüurun bu ağırlığı üstələməsindən yaranan narsisizmdən başqa bir şey deyil.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз