“Borçalı dastanı” adlı bu kitab “Borçalı” İctimai Cəmiyyətinin (daha sonra “Borçalı Cəmiyyəti”) 2009-cu il aprel ayının 12-dən (Cəmiyyətin bərpa konfransından) 2017-ci ilin noyabr ayına qədər həyata keçirdiyi layihələrin məcmusundan ibarətdir. Kitab 8 fəsildən – “Dədə Camal” Məclisləri, “Elmi-nəzəri konfranslar”, “Həmrəylikdən bütövlüyə”, “Elat bayramları”, “Elimizin tərəqqisi naminə layihələr”, “Anım, təqdimat və yubiley tədbirləri”, “Həyat da, mübarizə də davam edir”, “Şəkillərdə qalan tarix” fəsillərindən ibarətdir. Kitabda həm də tədbirlərin mətbutda işıqlandırılması, müsahibələr, müəllif yazıları, rəylər öz əksini tapmışdır. Kitab böyük oxucu kütləsi, təşkilat quruculuğu işi ilə məşğul olan kəslər, tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.