Yernən Göyün ömrü uzundur. Yernən Göy özləri üçün yaşamırlar
Hümbətova ülkərцитирует5 лет назад
Dünyada su qədər yumşaq və üzüyola olan bir şey yoxdur,
Amma bərk və möhkəm bir şeyi oymaqda da onun bərabəri yox,
O yenilməzdir!
Zaur Mirzayevцитирует8 лет назад
İnsanları dərk etmiş Aqildir, Özünü dərk etmiş isə - Arif. İnsanlara hökm edən qüvvətlidir, Özünə hökm edən isə - qüdrətli. Bütövlükdə halı ilə razı olan varlıdır, Bütöv olaraq Yolu davam edən isə - vardır. Özünü tapıb itirməyən uzunömürlüdür, Ölümündən sonra da yox olmayan isə - əbədi.
Azər Əlizadəцитирует7 лет назад
Özünü göstərən aydınlıq tapmaz, Haqqını düşünən Haqqı tapmaz, Özünü zorlayan müvəffəq olmaz, Özünü əsirgəyən kamilləşə bilməz. Yol adamı üçün bu çapalama Artıq yük, ağır qida kimi mənfurdur. Yolu düz gedən bunlara ilişməz
narukissosuцитирует4 года назад
Düz söz xoş olmaz,
Xoş söz düz olmaz.
Bilən bəhs etməz,
Bəhs edən bilməz.
Bacaran çox bilməz,
Çox bilən bacarmaz.
narukissosuцитирует4 года назад
Xırda işlərin belə böyük vacibliyini duymaq gərəkdir: Ən ağır məsələlər yüngül məqamlardan ibarətdir, Ən böyük işlər xırda incəliklərdən asılıdır.
narukissosuцитирует4 года назад
Səthi anlayış ilə heyran olmaq – cəhalətin
başlanğıcıdır.
narukissosuцитирует4 года назад
itiriləndə – Kəramət özünü büruzə verir, Kəramət itiriləndə – xeyirxahlıq və insansevərlik özünü büruzə verir,
İnsaniyyət itiriləndə – mənəvi borc hissi özünü büruzə verir,
Mənəviyyat itiriləndə – ayin və ədəb qaydaları özünü büruzə verir.
Niniцитирует6 лет назад
Qəlbin – niyyətin dərinliyindədir,
Ünsiyyətlərin – insanlıqdadır,
Sözlərin – ixlasdadır,
Hökmün – xeyri-nizamdadır,
İşin – məharətdə,
Hərəkətin – vaxtı-vaxtında olduğundadır.
Özünü suya bənzədən yanlışlıq etməz.
Azər Əlizadəцитирует7 лет назад
Səbrsiz adam dayanıqlı olmaz, Tələsən – tez yorular, uzaqlara çatmaz,