İstedadlı skripkaçı, yaxşı boksçu, mahir aktyor, Londonun
ən məşhur sakini, əfsanəvi xəfiyyə — Şerlok Holms soyuq
ağlının, sarsılmaz məntiqinin və tətbiq etdiyi deduktiv
metodun köməyi ilə yenə sirli hadisələrin, həlledilməz
məsələlərin, qorxunc cinayətlərin üstünü açır.
Nəcib insan, əsl centlmen mister Skott Eklz dostu Aloizius
Qarsiyanın dəvəti ilə onun Visteriya-Locda yerləşən
malikanəsinə qonaq gedir. Səhər yuxudan oyandıqda evdə
ondan başqa heç kimin olmadığını görür. Bir müddətdən
sonra Qarsiyanın cəsədini evdən bir az aralıda tapırlar.
Hadisədən sarsılmış mister Skott Eklz Şerlok Holmsu
köməyə çağırır.
“Visteriya-Locda hadisə” XX əsrin əvvəllərində yazılıb və
ilk dəfə 1907-ci ildə “Strend” jurnalında çap edilib. Povest
azərbaycan dilində ilk dəfədir ki, nəşr olunur.
Klassik detektiv həvəskarları kitabda həmçinin “Bohemiyada
qalmaqal”, “Kürənlər ittifaqı”, “Şəxsiyyətin müəyyən
edilməsi”, “Boskom dərəsinin sirri”, “Beş portağal dənəsi “
adlı hekayələri də oxuya biləcəklər.