Müəllif əsərdə müəyyən məqamları sirr kimi saxlayaraq, oxucuya tədricən açır bu səhnələri. Doğma valideynlərindən məhrum olan qızlar ayrı-ayrı doğma xalaların övladlığına götürülür. Bir qız imkanlı, mülayim, kübar xalanın, biri isə sərt, kobud xalanın taleyinə düşür. Taleyin hökmünə baş əyən bacılar bir-birindən xəbərsiz böyüsə də 7 yaşlı Leylanın yaddaşında xatirə kimi qalan hər şey onunla birgə böyüyür. Bacısının görüşünə tələsən Leyla hər dəfə hədəfə alınılaraq, ona bu görüş üçün qadağa qoyulsa da, o, buna can atır. Əvvəlcədən olanları məktubun yaddaşına köçürən Leyla bacısının görüşünə tələsir. 17 ildən sonra iki bacının görüşü baş tutsa da, qəfil qəza arzularını yarımçıq qoyur. Ölməyini əvvəlcədən hiss edirmiş kimi, yazıb evində gizlətdiyi məktubu öncədən dilinə gətirən Leyla bacısına bunu dönə-dönə xatırlatmışdı. Məhz həmin məktub sirlərin açılmasına səbəb olur.