Çox maraqlıdır.Özüm üçün çox sayda məlumat öyrənmiş oldum.Növbəti kitabı da Qafqaz haqqında oxuyacam.
Kitaba xaricilərin verdiyi qiyməti görəndən sonra aşağı qiymətləndirmək qeyri-mümkündür. Romantik damarım tutub, amma "sevgi" bölməsini hamısından çox bəyəndim. Buraların sevgisi, qafqaz kişisinin xanımına hörməti, qayğısı bir ayrıdır. Deyir, qərbli bunu başa düşməz. Heç düşməsin də. Qafqazın igidliyi, cəsurluğu, qanunu- "qafqaz kodeksi" deyək, özünəməxsus incəliyi gözəl təsvir edilib. Bu tip kitabları çox sevirəm. Bizim haqqımızda olan kitabları. Yeganə bəyənmədiyim kitabın çox uzun gəlməsi, ağır oxunması oldu. Kiçik həcminə baxmayaraq, #birnəfəsə oxumaq olmurdu.