Amerikalı yazar, alim, qara dərili qadın azadlığı carçısı, feminist şair Maya Angelounun adı və çalışmaları ilə az çox tanış olsaydım da, onun şeir Dünyası birinci dəfə “Qadın İşi” adlı şeiri ilə tam təsadüfən qarşıma çıxdı. Özümü gündəlik həyatın gurultusu və pası içində itirmiş mən və uzun zamandır yorğun və durgun qaldığım, ancaq dərinliyində hələ də inqilabçı ruhunu itirməmiş qadınlığımı, o gün tanış olduğum onun məhz o ilkin şeirində tapdım. Sonra başqa şeirlərini də zövqla oxumağa başladım. “Mayanı mütləq Azərbaycan Türkcəsinə çevirməliyəm” dedim özüm özümə. Çünkü şairin anlatdığı Amerikda yaşayan qaradərili qadının dərdı və durumu, əslində dünyanın başqa qitə və bölgələrində yaşayan qadınların durumu üçün nə uzaq, nə yabancı deyil.