Heç vaxt qoyunlar özlərinin sallaqxanaya necə aparıldıqlarını təsvir etməmişdilər.
b5227051540цитирует9 лет назад
Biz kart oynamağı, mübaribə etməyi və söyüş söyməyi bacarırıq. İyirmi yaşdan ötrü bu çox deyil, iyirmi yaşdan ötrü bu, həddindən artıqdır.
Xuraman Memmedovaцитирует5 лет назад
Qaşekin «İgid əsgər Şveygin macərası», Şveygin «Serjant Girişinin işi», Rennin «Müharibə»si, Vringin «Əsgər Zuren»i və nəhayət, Remarkın «Qərb cəbhəsində təbəddülat yoxdur»
M.Vəlizadəцитирует5 лет назад
– Bax, görürsən, – deyir, – biz müharibəni uduzacağıq, çünki biz çox gözəl təzim etmək öyrənmişik.
Aytac Yusifovaцитирует4 года назад
Sükut keçmişin xəyallarının bizdə istək deyil, ələm, ifadə ediləməz – ağır bir qüssə oyatmasına səbəb olur. Onlar vardı, lakin onlar artıq geri qayıtmayacaqlar. Onlar keçmişdə idi, onlar bizdən ötrü artıq yox olmuş ayrı bir aləmdir.
Ruslan Rüstəmzadəцитирует5 лет назад
Əgər biz dərin düşünə bilsəydik, çoxdan dəli olar, fərar edər, ya da ölüb gedərdik.
Ruslan Rüstəmzadəцитирует5 лет назад
– Onu demə, – deyə Kat etiraz edir. – Onun dövründə bu birinci müharibədir. Halbuki, hər böyük imperatora, heç olmazsa, bir müharibə lazımdır, yoxsa onun adı çıxmaz.
Ilkin Balayevцитирует5 лет назад
Stəkan yarıya qədər doludur, mən hələ bir neçə sərin qurtum da içəcəyəm; sonra istəsəm ikinci və üçüncü stəkan da gətirdə bilərəm.
M.Vəlizadəцитирует5 лет назад
Məktəbdə oxuyarkən riyaziyyat dərslərində birinciliyi qazanmasından indi ona nə fayda var?!
M.Vəlizadəцитирует5 лет назад
Müharibənin nədən ibarət olduğunu yalnız xəstəxana açıq-aydın göstərə bilər.