Atamın dediyinə görə cavanlıqda onu ən çox dəyişən kitab məhz Ovod olub. Düzü mən də bu əsəri oxuduqdan sonra hiss etdim ki, çox dəyişmişəm və bir çox şeyə artıq tamam başqa çür baxıram.
Bu əsər arıtq bir əsrdən artıqdır ki, bütün dünyada böyük maraqla oxunur, oxucularda güclü emosiyalar yaratmağa müvəffəq olur. Şəxsən mən özüm bu kitabı ilk dəfə azərbaycanca, iki dəfə də rusca, toplam 3 dəfə oxumuşam.
Düzdür, əslində əsərdəki hadisələr İtaliya burjua inqilabı dövründən bəhs etsə də, romanda siyasilik və tarix baxımından yetərincə qiymətli məlumat yoxdur. Əsər bədii əsər olaraq qalır. Romanın təsir gücünə isə söz ola bilməz.
Ümumiyyətlə, bu əsər barəsində çox şey düşünürəm və beynimdə o qədər fikirlır var ki, amma bu fikirlər bura yazılmayacaq qədər, izah edilməyəcək qədər təsəvvürümün və təxəyyülümün dərinliklərində oturub.
Həqiqətən elə əsərlər var ki, sadəcə maraq doğurmur, insanin təsəvvurlərini, həyata münasibətini, hətta özünü dəyişdirir. Ovod bele əsərlərdəndir...
....Onun ürəyinin dərinliyində boşluq var idi. Və artıq heç nə və heç kəs bu boşluğu doldura bilməzdi. Çünki daha Ovod yox idi....
"Bütün dağlar,fırtınalar mənim üstümdən keçdi"
Bu əsərin təsirindən çıxmaq çətin olacaq..