Küçələr daha bayram etməyəcəkdi, çünki orada qaçışan uşaqlar öldürülmüşdü...
Yalnız şimşək, şimşək, şimşək çaxacaqdı Şuşa səmalarında.
Çaxacaqdı ki, kar qulaqlar açılsın.
Çaxacaqdı ki, mənfur insanlar bu əzəmətli səsin vahiməsindən ürküb getsinlər.
Çaxacaqdı. Çoxmu çaxacaq? Bunu kimsə bilmirdi...
Şuşa mühasirəyə alınırdı, dar gündə köməyə gələn azərbaycanlıların hərəkətinə mane olunurdu, səbəbini yuxarı ilə yerli komandirlər arasındakı güclü inciklik olmasına bağlayırdılar. Şuşa və Laçın arasında yerləşən əsgərlər