Moskvanı nahaq yerə indinin “oğru Roması”, “dünyanın kriminal paytaxtı”, “Rusiya Çikaqosu” adlandırmırlar. Moskva quldur müharibələrinin döyüş arenasına çevrilib. Burada adi quldurlar deyil, kriminal aləmin kralları toplaşıblar. Burada, sadəcə olaraq, cinayətlər törədilmir, həm də “quldur siyasətinin” ağlasığmaz dərəcədə iyrənc çəkişmələri gedir. Satılmış və ya qorxmuş asayiş orqanları susur. Bəs yeni “vətəndaş müharibəsini” — mafioz qruplaşmaların müharibəsini kim dayandıracaq?…