az
Çingiz Abdullayev

Andorra sevməli və ölməli yerdir. Roman. Peşəkarların qaydası. Povest

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
ANDORRA SEVMƏLİ VƏ ÖLMƏLİ YERDİR
roman
Dünyanın səkkiz ölkəsindən — Amerika, Rusiya, Fransa, Almaniya, Çin, İsrail, İran və İngiltərə kəşfiyyatının peşəkar agentləri çox mühüm bir tapşırıq əsasında balaca Andorraya yığışıblar. Əhalinin sayı cəmi otuz altı min olan bu gözəl ölkənin sakit və dinc paytaxtındakı oteldə yaşayırlar. Amma Andorraya gəldikləri elə ikinci günün axşamı İngiltərə kəşfiyyatının təcrübəli agenti Mortimerin öz nömrəsində çox müəmmalı şəkildə zəhərləndiyi məlum olur. Ertəsi gün ikinci dəhşətli hadisə baş verir — Almaniya kəşfiyyatının agenti frau Şerner öz çarpayısında boğulmuş vəziyyətdə tapılır.
Nə baş verir? Bu müəmmalı qətlləri kim törədir?
Hadisə yerində heç bir iz buraxmayan peşəkar qatil kimdir?
Oxucu bu sualların cavabını romanla tanışlıqdan sonra biləcək.
PEŞƏKARLARIN QAYDASI
povest
Dronqo Mərkəzdən təcili və fövqəladə tapşırıq alır — Bağdada getmək və orda gizlənən Canavar ləqəbli keçmiş agenti tapıb məhv etmək. Canavar adi agent deyil, o, Şərq bölgəsində keçmiş SSRİ-nin ən yaxşı mütəxəssisi olub. Bağdadda yerini bərkidəndən sonra öz xidmətlərini Səddam Hüseynə təklif edib. Əgər onun qarşısı vaxtında alınmasa, İraq kəşfiyyatı bölgədə ən məlumatlı kəşfiyyata çevriləcək, bu isə Mərkəzə qətiyyən sərf etmir.
Beləliklə, Dronqo dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə bağlı İraqda keçirilən beynəlxalq tədbirlərə dəvət olunmuş nümayəndə heyətinin tərkibində jurnalist qismində Bağdada yola düşür.
Эта книга сейчас недоступна
226 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Gülgün Rzayevaделится впечатлением7 лет назад
    👍Worth reading
    😄LOLZ

    Çox bəyəndim. Andorraya getmək istədim bu kitabdan sonra 😍😊

  • Azer Qasimovделится впечатлением4 года назад
    👍Worth reading

    Ümumiyyətlə həmişə Çingiz Abdullayevin romanları çox dərin mənalı olur. Romanları həqiqətən çox gözəldir. Oxusanız heç nə itirmərsiniz. Tövsiyə edirəm

  • Paxrudinделится впечатлением4 года назад

    1)OFRA Mandel(mossad agenti)
    2) Frau Elza
    3)Piter Mortimer - ingilis kesfiyati (olen sexs
    4)Julio Ançelli (keskin atici) (italyan esirli ameriklaidir)
    5Hüseyn (irannkasfiyyati numayendesi)
    6)_-Körpə Pol
    7)çinli Li Tsziyun.
    8). Rudolf Lecinski (KITABI YAZAN).
    PESEKARLARIN QAYDASI
    1)DRONGO
    2)HUSEYIN SADDAM
    3)Kuveyt. (seddam kubeyti zorlamisdi)
    4)Yevgeni Maksimoviç11
    5)Vagif
    6)Ferhad (ressam)
    7)Arif (edebiyyat fondunun direktoru)
    8)Eziz
    9)olen sexs diplomat
    10)Efif Zeki
    11) Naile
    12)Kəmaləddin Minovidir. (selefinin elagecesi)
    13)Anar (yazicilar birliyinim sedri)
    14)Pruat ( dahi yazici)
    15)Nuri-ədDurubi(polis reiai homoseksual)
    16)İrvinq
    17) Xalid-əl-Vali
    18)

Цитаты

  • Namiq Xankişiyevцитирует4 года назад
    Yaşınız qırxa çatıbsa, bu artıq gəncliyin qocalığı deməkdir. Əlli yaşda belə hesab etmək olar ki, siz qocalığın gənclik çağını yaşayırsınız. Altmış yaş — yetkinlik yaşıdır, yetmiş yaş — müdriklik yaşı. Sonrakı pillə yavaş-yavaş adamı idiotluğa aparır. Hərgah səksən yaşdan sonra siz yenə bu dünyada yaşamağa davam edirsinizsə, onda özünüzü tam idiot hesab edə bilərsiniz.
  • Nurlan Süleymanovцитирует8 лет назад
    Yox, mən döyüşkən allahsızam. Amma məscidlərə də gedirəm, kostellərə də, kilsələrə də. Həmişə gedirəm, özü də sizə deyim ki, bundan əsl məmnunluq duyuram. Bilirsiniz, – Dronqo sözünə davam elədi, – axı bunlar hamısı mədəniyyətlərin, xalqların canlı tarixidir. Dinə hörmətsiz münasibət əcdadlara hörmətsizlik deməkdir. Biz hələ çox şeyləri bilmirik, çox şeyi yalnız fərz edirik, yalnız güman edirik. Bax, sabah siz Kərbəlada minlərlə möminə rast gələcəksiniz. Bir anlığa təsəvvür edin: əgər bu adamların inamını əllərindən alsanız, onların dünyası uçulub dağılar. Kiminsə dünyasının dağılmasısa çox dəhşətli şeydir. Dəhşətli və kədərli.
  • Samiq Bagirovцитирует9 лет назад
    Dronqo Lev Tolstoyun bir ifadəsini xatırladı: mütləq yaramazlar yoxdur və heç kəs ürəyində özünü əclaf və alçaq saymır.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз