bookmate game
az
Fyodor Dostoyevski

Cinayət və Cəza

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
“Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu ro­man Dostoyevskinin katorqa­dan qayıtdıqdan sonra yazdığı ikin­­ci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır.
Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrı­nın şedevri hesab eləyirlər.
Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyə­tində qalır. O, hesab eləyir ki, var-dövlə­tin, pulla nələr eləmək gərəkdiyini bil­məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyat­sızların əlində ol­ması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xe­yir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq in­sanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Son­yaya ci­nayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir.
“Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” romanın qa­yə­sini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.
Эта книга сейчас недоступна
760 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Mirələm Əkbərliделится впечатлением7 лет назад
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    🚀Unputdownable

    Bu qədər möhtəşəm ideyalar bir kitaba necə sığışıb anlamıram.

  • M.Vəlizadəделится впечатлением6 лет назад
    👍Worth reading

    Nəhayət ki,oxuyub sona çatdım bu kitabı. Çox möhtəşəm əsərdir! İnsanın daxili aləmindəki hiss və həyacanı,şüurla qəlbin çırpışmasını fövqəladə şəkildə oxucuya çatdıra bilmişdir dahi Dostayevski.

  • cey_funделится впечатлением5 лет назад
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile

    Bu tip əsərlər, həqiqətən insana minimum 20 il qazandırır.

Цитаты

  • Fira Alizadeцитирует9 лет назад
    İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söy­ləyəcəkləri yeni sözdən qorxurlar...
  • Əyyub Mamedovцитирует7 лет назад
    Elə təsadüflər olur ki, görürsən, heç tanış olmadığı­mız bir adam­­la, heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, birdən maraqlanmağa başlayırıq.
  • Xuraman Memmedovaцитирует7 лет назад
    Hər şey ada­mın öz əlindədir, ancaq o şeyin ki, adam yanından ötüb keçir, əhəmiyyət vermir – bunu yalnız qorxduğu üçün edir... bu sübuta eh­tiyacı ol­mayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söy­ləyəcəkləri yeni sözdən qorxurlar..

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз