Nəhayət, tamam bezdim. Daha çap olunmaq üçün canfəşanlıq etmədim. Bilirdim ki, bu mənasızdır.
O vaxta qədər mülayimləşmə bitdi. İndi də ayaz düşdü. Yarpaqlarını tökən proqressiv ədəbiyyatın yerində samizdat çiçəklənməyə başladı.
Bu mənalı, dəqiq neologizmin çox dərin anlamı var. Özümüz yazırıq. Özümüz çap edirik. “Erika” 1 cə-
mi dörd nüsxə götürür...
1 “Erika” - çap maşınının adıdır. Dovlatovun bu cümləsi müğənni Aleksandr Qaliçin mahnısından götürülüb.
66
Samizdat hər tərəfə yayılırdı. Sizə: “Oxumağa bir şey ver” deyirdilərsə, demək söhbət samizdatdan gedirdi. Rəsmi şəkildə çap olunmuş kitabı istəmək qeyri-etik sayılırdı.
Samizdata aludəçiliyin miqyası rus alkoqolizminin miqyasına çatırdı.
İndi biz konkret məqsədimiz olmadan, hansısa irrasional qüvvələrin təsirilə yazırdıq. Yəqin ki, belə də
olmalı idi.
Kimin üçün yazdığımızı deməyəcəyəm. Bu sual çoxcildli elmi araşdırmalara layiqdir. Şəxsən mən, əsa-sən, keçmiş arvadım üçün yazırdım. Necə bir xəzinəni itirdiyini ona sübut etmək üçün.