Hökumət üzərində nəzarəti ələ keçirmək üçün m-r Kozak beş maddədən ibarət proqram təklif edir.
İlk addım sui-qəsdçilərin adamlarının hökumətə sızdırılmasından ibarətdir – “yuxarıdan təzyiq”.
İkinci addım – adətən hökumətin fəaliyyəti, ya da hökumətin müdaxilə etməli olduğu və müdaxilə etmədiyi situasiyanın yaradılması vasitəsilə meydana çıxarılan gerçək və ya uydurma bəhanələrin yaratdığı narazılıqlar.
Üçüncü addım – hökumətin, ya da Sui-Qəsdin doğurduğu gerçək və ya uydurma bəhanələr səbəbindən yaranan narazılıqların meydana çıxardığı kütlə; kütlə hökumətdən problemin həllini tələb edir – “aşağıdan təzyiq”.
Dördüncü addım – hökumətdəki sui-qəsdçilər sərt qanun qəbul etməklə gerçək və ya uydurma situasiyanı düzəldirlər.
Beşinci addım – sonuncu üç addımın təkrarı. Hökumətin qəbul etdiyi qanun problemi həll etmir, kütlə yeni-yeni qanunların qəbul olunmasını tələb edir və bu, hökumət mahiyyət etibarilə totalitarizmə – tam hakimiyyətə malik olan idarəetmə sisteminə çevrilənədək davam edir