Sonra, Gəncə hakimi Əmir İnancın məsələsinə aid yazdığınız sətirlərdə deyirsiniz ki: «Mən, yoldaşım və bir də böyük şairə Məhsəti xanımdan ibarət olan üç nəfər, bir inəyin südü ilə gözəl bir surətdə yaşadığımız halda, Əmir İnanc bütün Aran məmləkətini bir inək kimi sağıb yeyirsə də, yenə də doymur».
Möhtərəm şair, hərgah Əmir İnanclar bir inəyin südü ilə kifayətlənsəydilər, o zaman onlar da Nizami olardılar, daha onlara Əmir İnanc deməzdilər.