Bizi tez-tez oxumağa cəsarət edən klassiklər, sanki əlimiz hər uzandığında kitabla aramıza naməlum bir ciddilik baş verir və kim bilir neçə əsr əvvəl qələmə alınmış bu qiymətli əsərlərin yazıldığı dövr ilə aramızdakı zaman fərqinin gətirəcəyi dərinliyin, bilinməz, naməlum narahatlığa qapılmaqdan özümüzü ala bilmərik. Klassik əsərlər hər zaman nədənsə müasir ədəbiyyatdan daha çox maraq yaradırdı məndə. Dostoyevskinin " Alçaldılmış və təhqir edilmiş insanlar " romanı digər romanlarına baxanda süjet xətti " İdiot ", " Cinayət və cəza "-ya nisbətən daha axıcıdır, xüsusilə dini, fəlsəfi dialoqlara daha az rast gəlmək olar. Romanın əsasında insan iztirabları, alçaldılmış və təhqir olunmuş insanların faciəsi dayanır. həmçinin qadın psixologiyası, qadının sevgi qarşısında alçala biləcəyi reallığı gözəl təsvir olunmuşdur. Kitab həqiqətən gözəldir. Dostoyevskinin yazıçı olduğu zaman axan sular durur. Kədər, ağrı, yoxsulluq, intiqam, ayrılıq, sevgi və daha nələr var kitabda. Əsərin aparıcı obrazı İvan Petroviç (ya da ki gözəl bir şəkildə xitab olunan Vanya) dolanışığını yazıçılıq edərək təmin edən yoxsul bir gəncdir. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir. Əsərin axıcılığı, gözlənilməz hadisələr əsəri maraqlı edir. Obrazların çəkdiyi iztirabları hiss edərək oxuyanda həqiqətən çox güclü təsir bağışlayır. Vanya obrazına diqqət yetirsəz Dostoyevskini tanıya bilərsiniz. Hər 2 yazıçı da pul qazanmaq üçün yazırdı. Romanda ən sevdiyim obraz Nellidir. Başdan sona qədər çəkdiyi əzablara baxmayaraq, qüruru, insanların onu alçaltmağa çalışmasına baxmayaraq güclü xarakteriylə mübarizə aparması, son nəfəsində belə özünü alçaltmaması məni heyran etdi. Məncə bu əsəri oxumayanlar çox şey qaçırdıb. Hesab edirəm ki, hər kəs oxumalı kitablardan biridir. Kitaba görə Şəhla Rəşidovaya təşəkkürümü bildirirəm.
Bookmate mütaliə probleminə praktik həll yoludur...
Vanyanın Nataşaya olan sevgisi ve Nillinin həyat hekayəsi çox təsiredicidir. Oxuduqca olan hadisələri yaşayırsan sanki.