Romanda Osmanlının ilk qadın yazıçısı və maarifçisi, tanınmış Osmanlı tarixçisi, ictimai-siyasi xadimi Əhməd Cövdət paşanın qızı, 1890-cı illərdə çox məşhur olan, təkcə Osmanlı coğrafiyasında deyil, İngiltərədə, Fransada, Amerikada belə diqqəti cəlb edən, kitabları ərəbcə, fransızca və ingiliscəyə çevrilmiş, “İttihadi-Tərəqqi” zamanından başlayaraq, sonradan tamamilə unudulan, adı ədəbiyyat kitablarında belə çəkilməyən, ömrünün son 10 ilini və bütün mal-mülkünü evdən qaçıb dinini dəyişən qızını axtarmağa sərf etmiş Fatma Aliyənin kədərli həyatından bəhs edir.