qədər çətindir ki... İnsan ömür boyu nəyinsə arxasınca gedir, əldə edəndə “xoşbəxt” olur, vaxt keçir və o hiss öz işıltısını itirərək sönür. Sonra arzusunda olduqları yeni “xoşbəxtlik” arxasınca qaçırlar. Yenə də eyni şeylər yaşanır. Zaman içində yaşanan və yox olan neçə-neçə “xoşbəxtlik”.
Və yenə də insanlar axtarış içindədirlər. Hər yerdə, müxtəlif yerlərdə, işlərdə, hər şeydə qızılda, pulda, evdə, sevgidə, hər kəsdə ailədə, uşaqda... Hamı – dostlar, cəmiyyət, ənənələr, din bizi bildiyi “xoşbəxtliyə” yönəltməyə çalışır. Uşaqkən bunları anlamırsan, hiss etdiklərin sənə o duyğunu yaşadır, yaşa dolduqca isə