bookmate game

Aqşin Yenisey

  • Köhnə Sahilцитирует2 года назад
    Bəzən arzulananda ölüm də yoxa çıxır.
  • Köhnə Sahilцитирует2 года назад
    Ah çək, elə bir ah ki,

    Məryəmin bətnindən İsa peyğəmbər deyil,

    Allahın özü doğulsun.
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Gələcək nəsillər... yazıqlar... gələcəklər

    Bütün köhnə əzabları yenidən çəkəcəklər
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Kafir təfəkkürlü bir qızı sevdim
    Sevgimi fikrimdə doqquza vurdum
    Alınan hasili ikiyə böldüm
    Axırda bir uşaq qalıq alındı
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Bağışla, bağışla udduğum hava
    Udub ciyərimdə incitdim səni
    Bağışla, bağışla sol ayaqqabım
    Sənə mıx vurdurub, yumdum ağzını
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Binanın damından bir adam düşdü
    Göyə yollanırdı, yerə yapışdı
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun?

    Yəni bir az daş.

    İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun?

    Yəni bir az kor

    İstəyərdinizmi adi insan kimi ağlayasınız?

    Yəni hərdən, aradabir

    İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız?

    Yəni intihar etmək üçün yox

    İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız?

    Yəni getməyə yeri olmayan biri kimi yox

    Yoxsa elə sizdə belədir
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Puşkin də yaralıdır, yatır xəstəxanada.

    Bədbəxt, bir arvad üçün özünü verdi bada
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?

    Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!

    Alt-üst olmuş ömürlər,

    ...hər yan bomboz tənhalıq.

    Bu da bayram süfrəsi; yarım araq, şor balıq
  • Elesgerova Ulviyyeцитирует2 года назад
    Yalqız sabaha baxmır

    Arzulayır keçmişi
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз