Mümin Sekman

  • Ayaşцитирует2 года назад
    Bir iş seçin. Əvvəlcə o işi ən yaxşı bilən olun. Sonra ən yaxşı görə bilən olun. Ən axırda isə ən yaxşı görən kimi tanınan olun.
  • Ayaşцитирует2 года назад
    Atatürk bir çıxışında bunu vurğulayır: «İşləmədən rahat ya­şamağın yollarını vərdiş halına gətirmiş millətlər, əvvəl mənəviyyatlarını, sonra hürriyyətlərini, ən axırda da gələcəklərini itirməyə məhkumdurlar!»
  • Ayaşцитирует2 года назад
    Ətalət beş nə­fər­lik təxribat qrupunun üçüncü elementidir. Belə ki, cəhalət qəfləti, qəflət ətaləti, ətalət səfaləti, səfalət fəla­kə­ti gətirir!
  • Ayaşцитирует2 года назад
    Ziya Paşa demişdir: «İnsanın ağıl rütbəsi əməlindən gö­rünür!» Uğur qazanmaq – nəticələri danışdırmaqdır. Uğur qazanmayanlar çox danışmağı, uğur qazananlar isə nəticələri danışdırmağı sevərlər. Atalar sözüdür: «Əlindən az iş gələnin dili dişlərinin arasına sığmaz!» Yarpağı çox olan ağacın meyvəsi seyrək olur.
  • Ayaşцитирует2 года назад
    Böyük insanlar təkcə nəticə əldə edərkən deyil, öz­lə­rini böyük işlərə nail olmağa hazırlayarkən də çox ça­lışırlar.
  • Ayaşцитирует2 года назад
    Keçmişdən dərs al, bu gün üçün çalış, gələcək üçün xəyal qur!»
  • Ayaşцитирует2 года назад
    Bir fransız atalar sözündə deyilir: «Gənclər bilə bil­sələr, yaşlılar edə bilsələr.»
  • Ayaşцитирует2 года назад
    Robert Goddard demişdir: «Nəyin imkansız olduğunu söyləmək çə­tindir, çünki dünənin xəyalı bu günün ümidi və sabahın həqiqətidir.»
  • Ayaşцитирует2 года назад
    Özüm üçün müəyyən etdiyim üç prinsipi izlədim: Sokrat kimi mövcud vəziyyəti araşdır, Aristotel kimi olması lazım olanı düşünüb fikrində quraşdır, bir samuray intizamıyla edilməsi lazım olanı tətbiq elə!
  • Ayaşцитирует2 года назад
    Bir xə­yalımız olduğu zaman «edə bilməzsən» və «edə bi­lərsən» deyənlər də olacaq, ancaq biz bu cür məh­dud­laş­dırıcı ifadələrin ağlımızı qamaşdırmasına icazə ver­məməliyik. Bizə azadlıq verən cəsarətimizi qoru­ma­lıyıq. Uğurun ABC-si: Ağıl, Bilik və Cəsarətdir. Cə­sa­rətdən bir hərf (C) əskilərsə, əsarət qalar!
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз