bookmate game

Riçard Karlson

  • Əzizəцитирует2 года назад
    Tanıdığım ən xoşbəxt insanlardan biri müəyyən vaxtlarda ciddi problemlər yaşamış şəxsdir.
  • Əzizəцитирует2 года назад
    “Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır”.
  • Filizцитирует2 года назад
    Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
  • osipovamvцитирует2 года назад
    Bir Bitki Yetişdirin
  • osipovamvцитирует2 года назад
    Problemlərinizə Olan Münasibətinizi Dəyişdirin
  • osipovamvцитирует2 года назад
    “Mənalı Müvəffəqiyyət” Bu Məfhumun Tərifini Yenidən Verin
  • osipovamvцитирует2 года назад
    Bu Da Keçər
    Bu, axır vaxtlar öz həyatıma tətbiq etdiyim strategiyalardan biridir. Yaxşı və pisin, əzab və zövqün, bəyənilmək və bəyənilməməyin, uğur və səhvin, şöhrətin və xəcalətin, xülasə, hər bir şeyin ötüb-keçəcəyini xatırladır. Hər şeyin başlanğıcı və sonu var və bu, belə də olmalıdır.

    Başınıza gələn hər bir hadisə artıq bitmişdir. Ağlınıza gələn bütün fikirlər başlamış və sona çatmışdır. Hər bir hiss və əhval dəyişib yerinə başqasına vermişdir. Xoşbəxtlik, kədər, qısqanclıq, depressiya, qəzəb, sevgi, xəcalət, qürur və başqa ağlımıza gələn bütün bəşəri hisslərdən pay almışıq. Bəs, bunlar hara gedib? Cavabı heç kim bilmir. Təkcə bunu bilirik ki, əvvəl-axır hər şey yox olacaq. Bu həqiqəti mənimsəməklə birlikdə, insanı rahatladan məcraya ilk addımlarımızı atırıq.

    Məyusluğumuzun iki əsas səbəbi var. Kefimiz kök olanda həmişə bu cür davam etməsini istəyirik. Amma heç də belə olmaz. Yaxud nədənsə əziyyət çəkdiyimiz anların dərhal başa çatmasını arzulayırıq. Amma çox vaxt bu cür olmur. Bədbəxtlik – yaşadığımız anların təbii gedişatına qarşı çıxmağımızın nəticəsidir.

    Həyatın, sadəcə, bir-birinin ardınca gələn situasiyalardan ibarət olduğunu bilməyin faydası çoxdur. Yaşadığımız indiki anı başqa bir an izləyəcəkdir. Xoşumuza gələn bir hadisə baş veribsə, onu doya-doya yaşayın. Amma yaddan çıxarmayın ki, həmin an gec-tez yerini başqasına verəcəkdir. Əgər bunu qəbul edirsinizsə, vaxt dəyişəndə rahat qalacaqsınız. Əgər dərd çəkirsinizsə, ya da çox ağır dövr keçirirsinizsə, bunun da keçəcəyini yaddan çıxarmayın. Bu fikri ürəyinizdə saxlamaq ən çətin vaxtlarınızda da mövqeyinizdən dönməməyinizə kömək edəcəkdir. Həmişə asan olacağını deyə bilmərəm, amma əksər hallarda işə yarayır.
  • osipovamvцитирует2 года назад
    Həyatı Olduğu Kimi Qəbul Edin
    Bir çox fəlsəfi cərəyanın əsas mənəvi prinsiplərindən biri, həyatın planlaşdırdığınız kimi olmasına görə təkid etməyib, qəlbinizi həmin an baş verənlərə açmaq düşüncəsidir. Bu düşüncə çox böyük əhəmiyyətə malikdir. Çünki içimizdəki mübarizələrin çoxu həyatı idarə etmək arzusundan və əslində olduğundan fərqli hala gətirmək inadından qaynaqlanır. Lakin həyat həmişə istədiyimiz kimi olmur... Sadəcə, özü kimidir. Bizim mənəvi rahatlığımız həmin anın həqiqətini nə qədər qəbul edəcəyimizlə bağlıdır.

    Həyatın necə olmasına dair əvvəlcədən müəyyənləşdirdiyimiz məfhumlar hal-hazırda yaşadığımız andan zövq almağımıza və baş verənlərdən ibrət dərsi götürməyimizə imkan vermir. Bəlkə də, bu səbəbdən bizi silkələyərək oyadacaq hadisələrin qədrini bilmirik.

    Uşağınızın şikayətlərinə və ya həyat yoldaşınızın narazılığına reaksiya verməkdənsə, ürəyinizi açın və o anı olduğu kimi qəbul etməyə çalışın. Onların özlərini sizin gözlədiyiniz kimi aparmadıqlarına görə, yaxud üstündə xeyli tər tökdüyünüz layihədən mənfi cavab gələndə qanınızı qaraltmayıb: “Nə edək, gələn dəfə qəbul etdirərəm” deyə fikirləşin. Dərindən nəfəs alın və reaksiyanızı yumşaldın.

    Ürəyinizi bu cür geniş tutmaqda məqsəd şikayətlərdən, rədd edilməkdən, ya da uğursuzluqdan xoşu gəlmək deyil; sadəcə, hadisələr gözlədiyimiz kimi baş tutmayanda bunu asanlıqla qəbul edə bilməlisiniz. Gündəlik həyatın çətinlikləri içində qəlbinizi geniş tutmağı öyrənsəniz, o günə kimi sizi həmişə narahat edən amillərə artıq problem kimi baxmayacaqsınız. Baş verənlərə münasibətiniz dərinləşir. Mübarizə apardıqlarınızla savaşmağa başlayanda həyat, həqiqətən də, müharibə meydanına çevrilir. Bu mübarizədə pinq-ponq oyunundakı topun yerini alırsınız. Lakin özünüzü o anın ixtiyarına verib, baş verənləri sakitcə qəbul etsəniz, içinizdə daha rahat hisslər yaranacaqdır. Rastlaşdığınız kiçik çətinliklərin üstündə bu metodu sınaqdan keçirin. Get-gedə həmin şüurlu hərəkəti daha böyük hadisələrə də tətbiq edəcəksiniz. Bu da həqiqətən, sizi çox güclü edəcəkdir.
  • Zaur MMцитирует2 года назад
    Ağlınızdakı kiçik qartopunu uçquna çevirməmişdən əvvəl nəzarət altına alsanız, problemin qabağını daha asan ala bilərsiniz.
  • Zaur MMцитирует2 года назад
    Heç Kimin Sözünü Kəsməyin, Cümləsini Bitirməyin
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз