Mən də qıçlarımın üstündə yellənərək onlara tərəf baxdım. Gördüm ki, eyni maraqla onlar da bic-bic mənə tərəf baxır.
– Yaxşı, – dedim, – yaman darıxdım. – Bir anlığa susub özümə gəldim, sonra bütün qüvvəmi toplayıb təzədən danışdım: – Amma liliput olduğum üçün darıxmıram, – dedim. – Ona darıxıram ki, insanlar əlli beş yaşındakı bir liliputu ələ salıb gülmək qədərinəcən alçalıblar.