ar

Teodor Drayzer

  • Sevaцитирует2 года назад
    O, heç bir zaman bilmirdi ki, adam ancaq ağlına görə deyil, hisslərinə görə də əzəmətli ola bilər.
  • Sevaцитирует2 года назад
    Ola bilməz ki, kişi yeddi ay ərzində özünə bir iş tapa bilməsin
  • Sevaцитирует2 года назад
    Kerri boş oturmaqdan yorulmağa başlamışdı.
  • Sevaцитирует2 года назад
    Etdiyin cinayətin təzyiqi altında yaşamaq, yəqin ki, çox dəhşətlidir.
  • Sevaцитирует2 года назад
    Bu böyük dünyanın böyük adamları özlərini kiçiklərə pis təsir edən mühitlə əhatə edir. Bu mühiti duymaq çətin deyildir. Gözəl malikanələr, heyrətamiz ekipajlar, göz qamaşdırıcı mağazalar, restoranlar, hər cür əyləndirici yerlərin içərisinə gedin: güllərin, ipək geyimlərin, şərabların iyi ilə nəfəs alın, nemətlər içərisində nəşələnən adamların sinəsindən qopan gülüşlərdən, nizə kimi parıldayan nəzərlərdən məst olan, adamı qılınc kimi kəsən bu gülüşlərin, təkəbbürlü yerişlərin nə olduğunu duyun, – o zaman siz qüdrət və əzəmət sahiblərinin yaşadıqları mühitin nə olduğunu anlarsınız. Həqiqi əzəmətin bunda olmadığını söyləməyin mənası yoxdur. Bütün dünya bu nemətlərin ardınca süründükcə, insan qəlbi bütün bunlara nail olmağı baş məqsəd kimi qarşısında qoyduqca, bu mühit insan qəlblərini parçalayacaqdır. O, kimyəvi reaktiv kimi bir şeydir. Onun bir günlük təsiri – bir damcı kimyəvi maddə kimi – bizim anlayışlarımızı, arzu və meyillərimizi elə dəyişir və elə qiymətdən salır ki, hamısında silinməz bir iz qalır, bərkə-boşa çəkilməmiş ağıl üçün belə bir günün təsiri tiryəkin sağlam bədənə olan təsiri kimidir. Ehtiraslı arzular onlara əzablar verir və bu arzular insanı mütləq sərsəm xəyallara və ölümə doğru aparır. Ah, yerinə yetməyən arzular! Onlar bizi gəmirir, üzür, bu boş arzular bizi cəlb edir, çağırır, o vaxta qədər aldadıb dalınca aparır ki, ölüm və məhv olmaq bizi, gözübağlı adamları, onların əlindən alıb təbiətin qucağına qaytarır.
  • Sevaцитирует2 года назад
    Birdən-birə uzun müddət bir dam altında yaşayan iki adam gec ya tez bir-birini tanımalıdır. Etiraf etmək istəyib istəməməkdən asılı olmayaraq, birinin çətinliyi o birinə məlum olur. Havada buludlar toplaşır və insanın qəlbi getdikcə qaralır.
  • Sevaцитирует2 года назад
    Birgə həyatda doğan kiçik narazılıqları ancaq qüvvətli məhəbbət düzəldə bilərdi. Belə məhəbbət olmayan yerdə isə hər iki tərəf tezliklə bir-birindən soyuyur və labüd olaraq, ağır məsələlərlə qarşılaşırlar.
  • Sevaцитирует2 года назад
    Hər şey Kerriyə aydın oldu, sanki onun gözlərini örtən pərdə çəkildi. O yaşamadığını, süründüyünü hiss etdi.
  • Sevaцитирует2 года назад
    Bir boşqab şorba bəzən möcüzələr yaradır!
  • Sevaцитирует2 года назад
    Vaxt və təkrar – bunlar nə qədər böyük bir qüvvədir! Beləliklə, damcı-damcı gələn su daşı ovur və nəhayət, onu parça-parça edir.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз