bookmate game
az

Haruki Murakami

Haruki Murakami — müasir yapon yazıçısı və tərcüməçi. Fəlsəfə-psixologiya janrının banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü doğrultmağı tam anlamında bacarmışdır. Azərbaycanda kütləvi olaraq o qədər də tanınmayan Haruki Murakami dünya miqyasında bir çox nailiyyətlərə imza ataraq müassir ədəbiyyata hazırda da öz töhfələrini verməkdədir. İlk mükafatını Qunzo jurnalından almış yazıçı sonradan dünya miqyasında bir çox mükafatlarla təltif olunub.
годы жизни: 12 января 1949 настоящее время

Книги

Цитаты

b8468989854цитирует2 года назад
əsə boş-boş şeylər danışdı, sonra naringi soydu, mənə yedizdirdi, sonra yenə nəsə danışdı və çıxıb getdi. Dedi ki, xəstəxanada oturmağa hövsələsi çatmır. – Naoko gülərək dedi. – Belə məsələlərdə o, uşaq kimiydi. Sən də belə düşünürsən? Axı xəstəxana kimin xoşuna gəlir ki? İnsanlar elə ona görə xəstələrə baş çəkirlər ki, onlar xəstəxanada darıxmasınlar. Ovqatları düzəlsin. O, bunu başa düşə bilmirdi.
b8468989854цитирует2 года назад
Sən məni başa düşmədin. Məsələ nə olacağında deyil. Dünyada elə adamlar var ki, onlar üçün qatarların hərəkət cədvəli maraqlıdır, onlar bütün günü oturub, qatarların nə vaxt gəldiyini, nə vaxt ünvana çatdığını öyrənirlər. Elə adamlar var ki, kibrit qutularından evlər düzəldirlər. Kiminsə səni başa düşməyə çalışmağı da belə bir şeydi.
— Deməli, əyləncə kimi bir şeydi hə? – Naoko zarafatla soruşdu.
— Əyləncə demək istəyirsənsə, qoy adı əyləncə olsun. İnsanlar adətən, bunu “sevgi”, ya da “meyl” adlandırırlar. Sən “əyləncə” demək istəyirsənsə, elə de.
b8468989854цитирует2 года назад
— Həmişə elə bilirdim ki, musiqidə tayım bərabərim yoxdu, amma bu qız məni ötüb keçirdi. Ona lap heyfim gəlirdi. Uşaq vaxtı yaxşı müəllim əlinə düşsə, peşəkar musiqiçi ola bilərdi. Amma alınmazdı. O, sistemli şəkildə dərs öyrənməyi bacaranlardan deyildi. Dünyada belə adamlar var. O adamların böyük istedadları, qeyri-adi bacarıqları olur, amma intizama sığmadıqları, çalışqan olmadıqları üçün onlardan heç nə alınmır. Mən belə adamları çox görmüşəm. Məsələn, elə adamlar var ki, bircə dəfə nota baxan kimi səlis çala bilirlər. Yəni yaxşı bacarıqları varsa.
Məndəsə elə alınmır. Amma o adamlar ondan artığını da bacarmırlar. Niyə?! Çünki zəhmət çəkmək, cəhd eləmək istəmirlər. Onlar istedadlarına təkan verəcək məşqlərə zəhmət sərf eləmək istəmirlər. Elə adamlar öz bacarıqlarını dəfn eləyirlər. Elələrində anadangəlmə qeyri-adi istedad olur – bu istedadın sayəsində onlar çətinlik çəkmədən oxuyur, hamı onları tərifləyir, hamı onların necə bacarıqlı olduğunu deyir. Amma elələrinə zəhmət və məşq gülməli, lazımsız görünür. Bir uşağın üç həftəyə hazırladığı pyesi belələri bircə həftəyə öyrənir, müəllim baxır ki, bu uşağın yaxşı bacarığı var, onu tez növbəti mərhələyə dartır, həmin mərhələdə də o uşaq başqalarından daha sürətlə öyrənir.

Впечатления

b7344538384делится впечатлением2 года назад
👍Worth reading

Əla👍👍

  • недоступно
    Haruki Murakami
    Norveç meşəsi
    • 1.4K
    • 228
    • 44
    • 55
    az
  • b8468989854делится впечатлением2 года назад
    👍Worth reading

    Sergeant Pepper's Lonely Hearts Club Band”✌🏽

  • недоступно
    Haruki Murakami
    Norveç meşəsi
    • 1.4K
    • 228
    • 44
    • 55
    az
  • Asif Kelbiyevделится впечатлением2 года назад
    😄LOLZ

  • недоступно
    Haruki Murakami
    Norveç meşəsi
    • 1.4K
    • 228
    • 44
    • 55
    az
  • fb2epub
    Перетащите файлы сюда, не более 5 за один раз