bookmate game
az

Haruki Murakami

  • b8468989854цитирует2 года назад
    ayaq dediyim kimi, mən sənin düşündüyündən də natamam insanam. Hərdən bu barədə fikirləşirəm. Əgər biz daha yaxşı vaxtda görüşsək, bir-birimizdən xoşlansaq, görəsən onda necə olardı?!
  • b8468989854цитирует2 года назад
    Ay elə parlaq idi ki, mən otağın işığını söndürüb, divanda uzanaraq Bill Evansın piano ifasını dinləməyə başladım. Pəncərədən düşən ay işığı otaqdakı bütün əşyaların həndəvərinə uzun kölgələr salır, şüşələr tuşla yayılmış kimi zərif, tünd rənglərə çalırdı.
  • b8468989854цитирует2 года назад
    — Öz aramızdı, sənin sevimli Skot Fisceraldın yazır ki, adi adam olduğunu deyən insana inanmaq olmaz. – Naoko şıltaqcasına gülümsəyərək dedi – Həmin kitabı sən mənə oxumağa vermişdin.
  • b8468989854цитирует2 года назад
    əsə boş-boş şeylər danışdı, sonra naringi soydu, mənə yedizdirdi, sonra yenə nəsə danışdı və çıxıb getdi. Dedi ki, xəstəxanada oturmağa hövsələsi çatmır. – Naoko gülərək dedi. – Belə məsələlərdə o, uşaq kimiydi. Sən də belə düşünürsən? Axı xəstəxana kimin xoşuna gəlir ki? İnsanlar elə ona görə xəstələrə baş çəkirlər ki, onlar xəstəxanada darıxmasınlar. Ovqatları düzəlsin. O, bunu başa düşə bilmirdi.
  • b8468989854цитирует2 года назад
    Sən məni başa düşmədin. Məsələ nə olacağında deyil. Dünyada elə adamlar var ki, onlar üçün qatarların hərəkət cədvəli maraqlıdır, onlar bütün günü oturub, qatarların nə vaxt gəldiyini, nə vaxt ünvana çatdığını öyrənirlər. Elə adamlar var ki, kibrit qutularından evlər düzəldirlər. Kiminsə səni başa düşməyə çalışmağı da belə bir şeydi.
    — Deməli, əyləncə kimi bir şeydi hə? – Naoko zarafatla soruşdu.
    — Əyləncə demək istəyirsənsə, qoy adı əyləncə olsun. İnsanlar adətən, bunu “sevgi”, ya da “meyl” adlandırırlar. Sən “əyləncə” demək istəyirsənsə, elə de.
  • b8468989854цитирует2 года назад
    — Həmişə elə bilirdim ki, musiqidə tayım bərabərim yoxdu, amma bu qız məni ötüb keçirdi. Ona lap heyfim gəlirdi. Uşaq vaxtı yaxşı müəllim əlinə düşsə, peşəkar musiqiçi ola bilərdi. Amma alınmazdı. O, sistemli şəkildə dərs öyrənməyi bacaranlardan deyildi. Dünyada belə adamlar var. O adamların böyük istedadları, qeyri-adi bacarıqları olur, amma intizama sığmadıqları, çalışqan olmadıqları üçün onlardan heç nə alınmır. Mən belə adamları çox görmüşəm. Məsələn, elə adamlar var ki, bircə dəfə nota baxan kimi səlis çala bilirlər. Yəni yaxşı bacarıqları varsa.
    Məndəsə elə alınmır. Amma o adamlar ondan artığını da bacarmırlar. Niyə?! Çünki zəhmət çəkmək, cəhd eləmək istəmirlər. Onlar istedadlarına təkan verəcək məşqlərə zəhmət sərf eləmək istəmirlər. Elə adamlar öz bacarıqlarını dəfn eləyirlər. Elələrində anadangəlmə qeyri-adi istedad olur – bu istedadın sayəsində onlar çətinlik çəkmədən oxuyur, hamı onları tərifləyir, hamı onların necə bacarıqlı olduğunu deyir. Amma elələrinə zəhmət və məşq gülməli, lazımsız görünür. Bir uşağın üç həftəyə hazırladığı pyesi belələri bircə həftəyə öyrənir, müəllim baxır ki, bu uşağın yaxşı bacarığı var, onu tez növbəti mərhələyə dartır, həmin mərhələdə də o uşaq başqalarından daha sürətlə öyrənir.
  • b8468989854цитирует2 года назад
    Midori yataqxana binasına baxaraq:
    — Bura bax, indi bu yataqxanada yaşayanların hamısı masturbasiyayla məşğul olur, eləmi? – dedi.
    — Hə də, yəqin ki, elədir.
    — Kişilər bunu eləyəndə, qadın barədə fikirləşirlər?
    — Yəqin ki, – dedim. – Kişilərin masturbasiya eləyəndə valyuta kursları, fellərin təsnifatı, ya da Süveyş kanalı barədə düşünəcək halları yoxdu axı. Yəqin ki, hamısı qadın barədə düşünür.
    — Süveyş kanalı?
    — Misal üçün dedim.
    — Bəs, hansısa tanış qadın barədə düşünürlər?
    — Sən bunu niyə öz oğlanından soruşmursan ki? Bazar günü səhərin gözü açılmamış mən niyə sənə bunları danışmalıyam ki?
    — Elə-belə də, mənə maraqlıdı. Ondan belə şeyləri soruşanda acığı tutur. Deyir ki, qızlar belə şeyləri bilməsə yaxşıdı.
    — Düz deyir.
    — Axı mənə maraqlıdı! Bilmək istəyirəm də, burada nə var ki? Bax, məsələn, sən bunu eləyəndə hansısa qızı düşünürsən?
    — Mən, hə, – dedim. – Başqalarını deyə bilmərəm.
  • b8468989854цитирует2 года назад
    Deyəsən, insanın ölümü özündən sonra qısaca, amma qəribə xatirələr qoyur.
  • b8468989854цитирует2 года назад
    Yaxşı, sənə uğurlar. Sənin həyatında hər şey olacaq. Amma sən güclü adamsan, hər şeyin öhdəsindən gələcəksən. İcazənlə sənə bir məsləhət verim.
    — Ver.
    — Heç vaxt özünə yazığın gəlməsin. Ancaq bəsit adamların özünə yazığı gəlir.
  • b8468989854цитирует2 года назад
    Ölüm həyatın o tərəfindən deyil, həyatın içindədi.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз