Lakin bu gəncin qəlbində elə bir kin və nifrət vardı ki, o, nə qədər vasvası və tələbkar olsa da, bu tələbkarlığı bəzən bir gənc tələbkarlığı dərəcəsinə varsa da, belə cır-cındırla küçəyə çıxmaqdan heç xəcalət çəkmirdi. Lakin küçədə tanış bir adama, yaxud ümumiyyətlə, rast gəlmək istəmədiyi əvvəlki yoldaşlarına rast gəlsəydi, o, əlbəttə utanardı...