Ancaq pilləkən başında dayanıb, mənzil sahibəsinin heç ona dəxli olmayan boş-boş sözlərini eşitmək, onun mənzil kirayəsini istəyərək qarayaxalıq etməsini görmək, hədə-qorxusunu, şikayətini dinləmək, eyni zamanda ondan yaxasını qurtarmaq üçün hiylə işlətmək, üzr istəmək, yalan demək zəhləsini tökmüşdü; elə yaxşısı bu idi ki, onun gözünə sataşmamaq üçün pilləkəndən pişik kimi sivişib getsin, əkilsin.