Süheyl Seçkinoğlu

Книги

Цитаты

Gulshan Jabiцитирует2 года назад
Sevgilinin yurdu

Leyliyə olan məhəbbəti üzündən səhralara düşərək vəhşi heyvanlarla, ceyranlarla, qum dənələri ilə yoldaşlıq edən Məcnun iti görən kimi tanımışdı. Bu o idi, Leylinin məhəlləsində dolaşan it...

Həmin it Leylinin izini, kölgəsini, ətrini daşıyırdı. Məcnun heyvanı öpür, iyləyir, bağrına basırdı:

– Üstündə sevgilimdən nişanə daşıyan müqəddəs məxluq, – deyə ağlayırdı.

Oradan ötüb-keçən bir nəfər özünü saxlaya bilmədi:

– Nə edirsən? Çirkli küçə itini niyə qucaqlayırsan?

Məcnun cavab verdi:

– Sən gəl bu itə mənim gözümdən bax. Onda sevgilimin ətri var, Leylinin məhəlləsində gözətçilik edərək şərəflənib. Bu itin qəlbinə, ruhuna və ədəbinə diqqət et, gör haranı seçib, harada yurd salıb. Sevgilimin məhəlləsində yurd salmış itin hətta ayaq basdığı torpaq da mənim üçün müqəddəsdir.
Gulshan Jabiцитирует2 года назад
Tovuz quşunun lələkləri

Bir nəfər tovuz quşunun öz rəngbərəng gözəl lələklərini yolduğunu görəndə dedi:

– Ay gözəl quş, heyif deyilmi? Gül kimi lələklərini yolub tökürsən. Hamı elə lələklərə sahib olmağa can atır.

Tovuz quşu dedi:

– Haqlısan.

– Əgər haqlıyamsa, bunun bir izahatı olmalıdır.

– Amma mən də haqlıyam.

– Necə yəni?

– Lələk canımdan qiymətli deyil ki, – tovuz quşu sözlərinə davam etdi, – onlara görə canıma qəsd edirlər. Lələklərimdən canımı qurtarmalıyam.

Adam cavab verdi:

– Nə deyim?! Haqlısan!
Gulshan Jabiцитирует2 года назад
Bələdçi

Qışın oğlan çağı idi. Qar yağır, güclü boran qarı sovurur, kəskin şaxta aləmi dondururdu.

Allah dostlarından biri boranda gedəndə bir qula rast gəldi. Əynində təkcə cırıq bir köynək var idi. Dişlərini bir-birinə vurur, soyuqdan tir-tir titrəyirdi.

– Niyə ağana demirsən ki, sənə qalın paltar alsın?

Qul dedi:

– Nə üçün deyim ki? Mənim halımı görmür? Məni məndən daha yaxşı tanıyan birindən nə istəyim?

Dərviş bu sözləri eşidəndə qıyya çəkib özündən getdi. Ürəyindən yüksələn alov onu qarsaladı. Bir müddətdən sonra ayılandan sonra öz-özünə dedi:

– Budur, bir bələdçi göründü. Ey həqiqətə çatmaq istəyənlər! Yolu quldan öyrənin!
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз