Adam öz əzabları ilə fəxr etməlidir — hər bir əzab bizim böyüklüyümüzdən xəbər verir”. Əla deyib! Özü də Nitsşedən səksən il əvvəl! Yox, bunu demirdim... bircə dəqiqə. Budur, tapdım. Deməli, belədir: “Adamların çoxu öyrənənə kimi üzmək istəmir.” Gülməli deyil? Əlbəttə, üzmək istəmirlər! Axı onlar suyun yox, torpağın üstündə yaşamaq üçün yaranıblar. Əlbəttə, bu haqda heç düşünmək də istəmirlər. Axı onlar bu dünyaya düşünmək üçün yox, yaşamaq üçün gəliblər!