bookmate game
az

Stiven Kovi

  • b7269870870цитирует2 года назад
    Ünsiyyət sahəsindəki ekspertlərin fikrincə, sözlər vasitəsilə informasiyanın yalnız 10 faizi ötürülür. İnformasiyanın 30 faizi intonasiya, 60 faizi mimika və jestlərlə verilir.
  • b7269870870цитирует2 года назад
    Empatik dinləmə zamanı siz qulaqlarınızla dinləyirsiniz, amma siz həm də – bu daha vacibdir – gözlərinizlə və ürəyinizlə qulaq asırsınız.
  • b7269870870цитирует2 года назад
    Şərq fəlsəfəsində deyildiyi kimi, “Böyük ustadları təqlid etmək yox, onların axtardığını axtarmaq” lazımdır.
  • b7269870870цитирует2 года назад
    Ruhi müvazinət o vaxt olur ki, sizin həyatınız həqiqi prinsip və dəyərlərlə harmoniyada olsun.
  • b7269870870цитирует2 года назад
    18-ci əsr fransız yazıçısı Madam de Stalın sözü ilə desək: “Vicdanın səsi elə zəifdir ki, onu asanlıqla boğmaq olar, amma elə aydındır ki, onu heç nə ilə səhv salmaq olmaz”.
  • b0243517221цитирует2 года назад
    ünsiyyət bacarığı yoxdur, bu da öz
  • abbasovkamranцитирует2 года назад
    Bu və ya digər problemlə qarşılaşarkən biz tez-tez ittiham etmək üçün obyekt axtarırıq. Adamlar həmişə özlərini qurban kimi göstərməyə çalışırlar. “Əgər rəisim belə səfeh olmasaydı, hər addımıma nəzarət etməsəydi... əgər belə kasıb doğulmasaydım... əgər başqa bir yerdə yaşasaydım... əgər atamın bu xarakteri mənə keçməsəydi... əgər uşaqlarım sözə baxan olsaydı... əgər o biri şöbə sifarişləri qarışıq salmasaydı... əgər bizim sahəmiz belə acınacaqlı vəziyyətdə olmasaydı... əgər əməkdaşlarımız belə tənbəl və süst olmasaydı... əgər arvadım mənə bir az daha anlayış göstərsəydi... əgər... əgər...”. Biz öz problemlərimizdə hər kəsi və hər şeyi ittiham etməyə adət etmişik və bu bizə müvəqqəti yüngüllük gətirir, amma bu mövqe eyni zamanda bizi həmin problemlərin özünə bağlayır.
  • abbasovkamranцитирует2 года назад
    Prinsip: sağlam orqanizmin fəaliyyəti üçün qəbul olunmuş universal prinsiplərə uyğun yaşayış tərzi keçirməklə xəstəliyin qarşısının alınması.
    Ağıl
    Kütləvi mədəniyyət: televiziya verilişlərinə baxmaq; “məni əyləndirin” məqsədi.
    Prinsip: daimi və ciddi mütaliə; fasiləsiz öz təhsilini artırmaq.
    Ürək
    Kütləvi mədəniyyət: şəxsi, eqoist maraqlarını təmin etmək üçün başqa adamlarla olan qarşılıqlı əlaqələrindən istifadə etmək.
    Prinsip: diqqətlə və hörmətlə dinləməkdən, başqalarına xidmət etməkdən maksimum dərəcədə məmnun olmaq və sevinmək.
    Ruh
    Kütləvi mədəniyyət: getdikcə daha çox yayılan ateizm və sinizmə tabe olmaq.
    Prinsip: mənim şəxsi inamıma görə, təbii qanunlar Allahdan gəlir və ideal prinsip olan bu qanunları həyatın mənasını dərk
  • abbasovkamranцитирует2 года назад
    dərk etmək üçün mənbə hesab etməliyik
  • abbasovkamranцитирует2 года назад
    iqmalion effekti”ni, həmçinin qavrayışımızın beynimizdə nə qədər dərindən kök saldığını öyrənməyə sövq etdi. Mən başa düşdüm ki, biz təkcə ətrafımızdakı aləmə diqqətlə baxmalı deyilik, biz həm də bu aləmə baxdığımız “prizma”ya diqqətlə nəzər salmalıyıq, çünki məhz bu “prizma” dünyanı necə qavradığımızı müəyyən edir.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз