bookmate game
az

Cek London

  • Ayaşцитирует2 года назад
    Amma analıq da analıqdır. Heç bir qüvvə analıq hissinin qarşısını ala bilməz və elə bir gün yetişə bilər ki, ana canavar boz balasının yaşaması naminə cürətlənib çayın sol qolu boyunda olan yuvaya soxular; azğın vaşaqla döyüşə!
  • Ayaşцитирует2 года назад
    Çünki həyat o vaxt zirvəyə qalxır ki, bütün qüvvələr qarşıya qoyulan məqsədin həyata keçirilməsinə yönəldilsin. Yalnız bu anlarda həyat həyatlığında qalır.
  • Ayaşцитирует2 года назад
    Dünyanın bütün canlıları iki yerə bölünürlər: yeyənlər və yeyilənlər. Qanun isə belə deyirdi: ye, yeməsən sənin özünü yeyəcəklər!
  • b9819041287цитирует2 года назад
    — Axırına çıxıblar! yüz faiz!
    — Hətta xaltanın dəmirini də gəmiriblər. Henri, onlar acından ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi də gözlərinə təpəcəklər.
    Henri qeyzlə güldü:
    — Düzdü, canavarlar mənim dalımca heç vaxt düşməyiblər. Amma başıma daha pis müsibətlər gəlib.
    Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins vəhşilərdən lap onu gəlsin. Bill, elə bilirsən sənin lələşini məhv etmək asandı?
    — Noolar, baxarıq, baxarıq... – dostu mızıldandı. – Yaxşı, Mək-Qerriyə çatanda görərsən...
    — Heç ümidim yoxdu.
    — Sənin kefin pisdi, ona görə belə deyirsən! – Henri qətiyyətlə bildirdi. – Vallah, sənə nəşə lazımdı. Qoy Mək-Qerriyə çataq, səninçün eləsini doldurum ki...
    Bill etiraz əlaməti olaraq nəsə mızıldandı. Sonra susdu və xeyli danışmadı. Bu gün də əvvəlki günlər kimi etdi.
    Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub tərəfdən çəhrayı rəngə boyandı. Bu, hardasa gizlənmiş Günəşin işiydi. Beləliklə, cansıxıcı gün başlandı. Təxminən üç saatdan sonra yenə amansız gecə onu udacaqdı.
    Günəş üfüqdən boylanan vaxtı Bill kirşədən tüfəngi götürüb dedi:
    — Sən dayanma, Henri. Mən bir gedim görüm orda neynirlər.
    Henri qışqırdı:
    — Uzağa getmə, Bill! Patronun azdı. Başına hava gəlib, nədi, səni tikə-tikə edərlər...
    — Aha, indi də sən zarıldadın! – Bill dedi.
    Henri susdu və tək-tənha yoluna düzəldi. Sonra qaranlıq səhrada gözdən itən dostunun dalınca narahatnarahat boylandı.
    Bir saat sonra Bill kəsə yolla qayıtdı:
    — Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizdən də ayrılmaq istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar.
    İntəhası bir az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını da əldən buraxmaq istəmirlər. Henri dedi:
    — Səncə, onlar nə fikirləşirlər? Yəni biz tələyə düşmüşük, oradan çıxa bilmərik?
    Bill bu sözlərə məhəl qoymadı.
    — Mən bəzilərini gördüm. Çox arıqdılar. Yəqin xeyli vaxtdır dişlərinə bir şey dəymir: əlbəttə, bizim itlərdən başqa. Sürü böyük sürüdü, üç ənə dit onların qarnını doydurar? Əriyib çöpə dönüblər. Bir dəri, bir sümük, vəssalam. Qabırğaları da ki, elə bil ağac qabıqlarıdır.
    Bir sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cənglərinə nə keçsə dağıdacaqlar.
    Bir azdan Henri (indi o, kirşənin dalınca gedirdi) yavaşdan fit çaldı.
    Bill geri döndü və sakitcə itləri saxladı. Az əvvəl ötüb keçdikləri döngənin arxa tərəfiylə möhkəm əzələli, arıq, tükü ıprtlaşıq bir canavar, qarı iyləyə-iyləyə, yüngülcə sürüşə-sürüşə qaçırdı. Adamlar dayananda o da ayaq saxladı, ağzını sallayıb yerdən gələn iyi acgözlüklə burun deşiklərinə çəkdi.
    — Odur, dişi canavardır, – Bill dedi.
    İtlər qarın üstündə uzanmışdı. Bill onların yanından ötüb dostuna yaxınlaşdı. İkisi də bu qəribə heyvana diqqətlə baxırdı. Bu vəhşi neçə gün idi ki, onların izinə düşmüşdü və qoşqunun yarısını həzm-rabedən keçirmişdi.
    Canavar bir anlıq dayandı, baxdı və azca irəli yeridi. O, beləcə təxminən yüz addım kirşəyə tərəf gəldi, sonra küknar ağaclarının yanında durdu, ağzını göyə tutdu. Burnu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara diqqətlə göz
  • b0288109390цитирует2 года назад
    Çünki insan dünyanın ən yırtıcı məxluqudur!
  • Saidaцитирует2 года назад
    Mən seçkiqabağı kampaniya zamanı onun nitqini dinləmi­şəm. Onun nitqi o qədər ağıllı, səfeh və bayağı, eyni zamanda elə inandırıcı idi ki, liderlər onu son dərəcə etibarlı və təhlükəsiz bir adam hesab etməlidirlər, onun danışdığı bayağı sözlər isə adi sıravi seçicinin bayağı sözlərinə tamamilə uyğun gəlir. Özünün səlis və şişirdilmiş fikirlərini xitabət kürsüsündən eşitmək isə hər bir adam üçün fərəhlidir.
  • Hüseynцитирует2 года назад
    Herbert Spenserlə maraqlandı və kitabxanaya gəlib onun “Başlıca əsaslar” ə
  • Saidaцитирует2 года назад
    Martin bunların hamısını nə qədər çox götür-qoy edirdisə, qəl­bində belə bir əqidəsi getdikcə daha da qüvvətlənirdi ki, bir tərəf­dən bu advokatlar, zabitlər, biznesmenlər, bankirlər, digər tərəfdən isə fəhlə silkinə mənsub olan adamlar arasındakı bütün fərq onların müxtəlif cür yemələrinə, yaşamalarına və geyimlərinə əsaslanmış­dır. Martinin kitablarda və öz daxilində tapdığı həmin əsas şey onların hamısına eyni dərəcədə çatışmırdı. Morzlar Martinə öz dairələrinin ən yaxşı, ən seçmə adamlarını göstərmişdilər, o isə bu­na heyran olmamışdı. Sələmçinin əlində yoxsul bir köləyə çevril­məsinə baxmayaraq, Martin Morzların qonaq otağında rastlaşdığı adamların hamısından bir boy yüksəkdə dururdu. Martin yeganə kostyumunu girovdan çıxardıb bu adamların yanına gələndə isə onların arasında çobanlar içərisində yaşamağa məcbur olan bir şahzadə kimi, öz ləyaqətinin tapdalandığını daim hiss edirdi.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз