— Axırına çıxıblar! yüz faiz!
— Hətta xaltanın dəmirini də gəmiriblər. Henri, onlar acından ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi də gözlərinə təpəcəklər.
Henri qeyzlə güldü:
— Düzdü, canavarlar mənim dalımca heç vaxt düşməyiblər. Amma başıma daha pis müsibətlər gəlib.
Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins vəhşilərdən lap onu gəlsin. Bill, elə bilirsən sənin lələşini məhv etmək asandı?
— Noolar, baxarıq, baxarıq... – dostu mızıldandı. – Yaxşı, Mək-Qerriyə çatanda görərsən...
— Heç ümidim yoxdu.
— Sənin kefin pisdi, ona görə belə deyirsən! – Henri qətiyyətlə bildirdi. – Vallah, sənə nəşə lazımdı. Qoy Mək-Qerriyə çataq, səninçün eləsini doldurum ki...
Bill etiraz əlaməti olaraq nəsə mızıldandı. Sonra susdu və xeyli danışmadı. Bu gün də əvvəlki günlər kimi etdi.
Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub tərəfdən çəhrayı rəngə boyandı. Bu, hardasa gizlənmiş Günəşin işiydi. Beləliklə, cansıxıcı gün başlandı. Təxminən üç saatdan sonra yenə amansız gecə onu udacaqdı.
Günəş üfüqdən boylanan vaxtı Bill kirşədən tüfəngi götürüb dedi:
— Sən dayanma, Henri. Mən bir gedim görüm orda neynirlər.
Henri qışqırdı:
— Uzağa getmə, Bill! Patronun azdı. Başına hava gəlib, nədi, səni tikə-tikə edərlər...
— Aha, indi də sən zarıldadın! – Bill dedi.
Henri susdu və tək-tənha yoluna düzəldi. Sonra qaranlıq səhrada gözdən itən dostunun dalınca narahatnarahat boylandı.
Bir saat sonra Bill kəsə yolla qayıtdı:
— Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizdən də ayrılmaq istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar.
İntəhası bir az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını da əldən buraxmaq istəmirlər. Henri dedi:
— Səncə, onlar nə fikirləşirlər? Yəni biz tələyə düşmüşük, oradan çıxa bilmərik?
Bill bu sözlərə məhəl qoymadı.
— Mən bəzilərini gördüm. Çox arıqdılar. Yəqin xeyli vaxtdır dişlərinə bir şey dəymir: əlbəttə, bizim itlərdən başqa. Sürü böyük sürüdü, üç ənə dit onların qarnını doydurar? Əriyib çöpə dönüblər. Bir dəri, bir sümük, vəssalam. Qabırğaları da ki, elə bil ağac qabıqlarıdır.
Bir sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cənglərinə nə keçsə dağıdacaqlar.
Bir azdan Henri (indi o, kirşənin dalınca gedirdi) yavaşdan fit çaldı.
Bill geri döndü və sakitcə itləri saxladı. Az əvvəl ötüb keçdikləri döngənin arxa tərəfiylə möhkəm əzələli, arıq, tükü ıprtlaşıq bir canavar, qarı iyləyə-iyləyə, yüngülcə sürüşə-sürüşə qaçırdı. Adamlar dayananda o da ayaq saxladı, ağzını sallayıb yerdən gələn iyi acgözlüklə burun deşiklərinə çəkdi.
— Odur, dişi canavardır, – Bill dedi.
İtlər qarın üstündə uzanmışdı. Bill onların yanından ötüb dostuna yaxınlaşdı. İkisi də bu qəribə heyvana diqqətlə baxırdı. Bu vəhşi neçə gün idi ki, onların izinə düşmüşdü və qoşqunun yarısını həzm-rabedən keçirmişdi.
Canavar bir anlıq dayandı, baxdı və azca irəli yeridi. O, beləcə təxminən yüz addım kirşəyə tərəf gəldi, sonra küknar ağaclarının yanında durdu, ağzını göyə tutdu. Burnu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara diqqətlə göz