Mən seçkiqabağı kampaniya zamanı onun nitqini dinləmişəm. Onun nitqi o qədər ağıllı, səfeh və bayağı, eyni zamanda elə inandırıcı idi ki, liderlər onu son dərəcə etibarlı və təhlükəsiz bir adam hesab etməlidirlər, onun danışdığı bayağı sözlər isə adi sıravi seçicinin bayağı sözlərinə tamamilə uyğun gəlir. Özünün səlis və şişirdilmiş fikirlərini xitabət kürsüsündən eşitmək isə hər bir adam üçün fərəhlidir.