Bir də rabitəsiz və anlaşılmayan son sözlərdən sonra onların başlarına geyindirilən qara ipək torba var. Hesab edilir ki, bu torba onlar üçündür, amma mənim fikrimcə, o torba bizim üçündür ki, dizləri bükülmüş halda öləcəklərini dərk etdikləri an onların gözlərində görünən dəhşətli qorxunu görməyək.