Başım dönmüşdü. Beynim çevrilmişdi. İçkidən başım ayılmırdı. Hətta bir gecə mətbəxdə ət bıçağını boğazıma dirədim – ancaq sonra düşündüm: asta ol, dost, bəlkə, sənin qızın hələ səninlə heyvanxanaya getmək istəyəcək. Dondurma, şimpanze, pələnglər, yaşıl və qırmızı quşlar... günəşin şüaları onun alnında oynayır, saçlarının arasına soxulur... sənin əllərində, çiyinlərində gəzir... asta ol, qoca.