Onu nazlayan və ona yalan danışan anası; onun qollarında – dodaqlarında öpüş və yalanla ölən sevimli anası. Etiraf sirrini açan rahib. Onu yoldaşları adlandıran və bir kəlmə böhtan nəticəsində o dəqiqə onun əclaflığa qadir olduğuna inanan gənclər. Onun üçün həssas dost olan qız – ölümcül iztirablar içində ikən kömək istədiyi və cavabında şillə aldığı qız. Bir dost da var idi – həm müqəddəs, həm ata, həm də yalançı