OAR

Книги

Цитаты

b8779463305цитирует2 года назад
Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq. Amma dayan. Bir stop elə. “Axı niyə?” deyə bir sual verdikdə, yaxud insanlardan kənar bir mühitdə güzgüdə öz əksimizlə üz-üzə qaldıqda və gözlərimizin içinə baxdıqda “Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq...

Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə, alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik. Axı hər birimiz ayrılıqda bir Eynşteynik.

Nədənsə bu sətir mənə təsir etdi.

b8779463305цитирует2 года назад
Bəzən mənə elə gəlirdi ki, ətrafımdakı insanlar hamısı androiddi. Hamısı eyni proqramlaşdırılıb. Eyni axmaqlıqlar, eyni zarafatlar, eyni həyat hekayələri. Onlara nə yazdırasan...

*
Niyaz Mammadoffцитирует2 года назад
Nə isə, biz insanlar öz gözümüzdə şalbanı qoyub başqasının gözündə çöp axtarmağa öyrəncəliyik. Mən öz müharibəmdən danışmıram. Müharibələri dayandırmaq istəyirəmsə birinci özümdən başlamalıyam, elə deyilmi? Axı mən nə vaxt içimdəki kini, paxıllığı, ikrah hissini öldürməyə çalışdım?

Впечатления

Mirnihad Huseynovделится впечатлением2 года назад
👍Worth reading

  • недоступно
  • b9851296456делится впечатлением2 года назад
    👍Worth reading

  • недоступно
  • fb2epub
    Перетащите файлы сюда, не более 5 за один раз