Nyu-Yorkun hotellərindən birində mən mühazirələr kursunu oxumaq üçün bal zalını hər mövsümdə iyirmi günlüyə icarəyə götürürdüm. Bir mövsümün başlanğıcında mənə gözlənilmədən bildirdilər ki, əvvəllər olduğundan üç dəfə artıq haqq ödəməli olacağam. Bu xəbər mənə artıq elanlar yapışdırılmış, biletlərin hamısı möhürlənmiş və satılmış olandan sonra çatmışdı.