bookmate game
az

Rolf Dobelli

  • osipovamvцитирует2 года назад
    İnduksİya (ümumİdən xüsusİyə doğru hərəkət)

    İnsanların əllərindən milyonlarını necə almaq olar

    Kəndli milad bayramı üçün kəsmək istədiyi qazını çox əla yemləyirdi. Çevik heyvan əvvəlcə ehtiyatla belə fikirəşirdi: “Maraqlıdır, görəsən, sahibim məni nəyə görə ayrıca yemləyir? Bunun arxasında nəsə gizlənməlidir?” Həftələr keçir, kəndli hər gün qaza dən verir. Qazın buna skeptik (şübhəli) yanaşması tədricən azalır. Bir neçə aydan sonra qazda belə bir inam yaranır: “İnsanlar mənə qarşı çox xeyirxahdırlar!” Bu inam təsdiq olunur və gündən-günə möhkəmlənir. Kəndlinin xeyirxahlığına tamamilə inanmış qaz milad bayramı ərəfəsində kəsilmək üçün gətirildiyini görəndə çox təəccüblənir.

    Milad bayramı üçün qurban deyilmiş qaz induktiv fikrinin qurbanı oldu.
  • osipovamvцитирует2 года назад
    Sosİal tənbəllİk

    Nəyə görə insanlar qrup halında tənbəl olurlar

    Fransız mühəndisi Maksimilian Ringelman 1913-cü ildə atların gücünü tədqiq edirdi. O, belə bir qənaətə gəldi: karetaya birlikdə bağlanan qoşqu heyvanlarının gücü ayrı-ayrılıqda qoşulan atın gücündən heç də ikiqat artıq deyil. Bu nəticədən təəccüblənərək, o öz tədqiqatını insanların üzərində aparmağa başladı. O, hər bir fərdin tətbiq etdiyi gücü müəyyən etmək üçün adamların qrup halında gücünü yoxlamaq məqsədilə kəndir çəkmək tapşırığını verdi. Orta hesabla məlum oldu ki, kəndiri iki-iki çəkən adamların hər biri ayrı-ayrılıqda öz güclərinin 100%-ni deyil, 93%-ni verirlər. Bu göstərici üç-üç kəndir çəkənlərdə 85%, səkkiz-səkkiz kəndir çəkənlərdə isə 49% oldu.

    Bu problem, psixoloqlardan başqa, heç kimi düşündürmür. Elmdə buna sosial tənbəllik effekti deyilir. Bu zaman adamlar ayrı-ayrılıqda öz gücünü görmür və qrup halında isə ümumi güc ortada itdiyi halda üzə çıxır.

    Sosial tənbəllik rasional bir davranışdır: mən öz gücümün yarısının tətbiqi ilə nəzərə çarpıramsa, onda niyə gücümün hamısını verim? Sosial tənbəllik bizim hamımızı işdə təqsirli edən aldatma formasıdır. Bu, əksər hallarda qəsdən baş vermir. Aldatma atlarda olduğu kimi düşünülmədən baş verir.
  • osipovamvцитирует2 года назад
    Təəccüblü deyildir ki, kəndir çəkmə zamanı nə qə­dər çox adam iştirak edərsə, fərdi iş icra etmə o qədər aşağı düşür. Maraq doğuran budur ki, fəaliyyət sıfıra düşmür. Ümumi tənbəllik axı niyə də olmasın? Qrupda öz gücünü tətbiq edən çox gözəl bilir ki, onun fəaliyyətsizliyi aşkar olunarsa, uğursuzluğa bais olması, ya da qrupdan təcrid olunma kimi nəticələr ortaya çıxa bilər. El arasında belə bir ifadə formalaşıb: bu tənbəlliklə sən nə qədər gözdən pərdə asa bilərsən?
  • osipovamvцитирует2 года назад
    Bir dostum qayalardan, radio antenalarının və hündür binaların başından paraşütlə uçmaqla məşğul olurdu. Ən qorxulu burası idi ki, o, paraşütün tətiyini yerə az məsafə qalanda çəkirdi. Bir dəfə mən ona belə bir ekstremal idman növünün son dərəcə riskli olduğunu deyəndə, o cavab verdi: “Mən artıq mindən çox tullanış etmişəm və heç birində də pis hadisə baş verməyib”.

    Bizim söhbətdən iki ay sonra o, Afrikada xüsusilə təhlükəli bir qayadan uçan zaman həlak oldu. Yeganə əks fakt kifayətdir ki, min dəfələrlə təsdiq olunmuş nəzəriyyəni təkzib edəsən. Biz təyyarə ilə birlikdə havaya qalxanda ümid edirik ki, aerodinamikanın qanunları hələ sabah da davam edəcək; hesab edirik ki, səbəbsiz yerə bizi küçədə heç kim döyməz; inanırıq ki, bizim ürəyimiz sabah da döyünəcək... Bu inam olmasa, biz yaşaya bilməzdik. Bizə induksiya lazımdır, lakin unutmamalıyıq ki, hər cür inam müvəqqətidir. Bencamin Franklin belə deyirdi: “Ölüm və vergi qaçılmazdır”.
  • osipovamvцитирует2 года назад
    Yəqin razılaşardınız ki, həyatınızda neqativlər po­zitivlərdən, pis şeylər isə yaxşı şeylərdən çox­dur. Bizim keçmiş təkamülümüzdə bu xüsusən əya­ni olaraq baş vermişdi. Adi bir yanlışlıqdan in­­san ölürdü. Bir kəsin “həyat oyunundan” bir anda çıxarılması üçün imkanlar çox idi: ovda diq­qət­sizlik, vətərlərin quruması, dəstədən uzaqlaşdırma və s. Son dərəcə ehtiyatsız olan və özünü yüksək risk altında qoyan adamlar heç bir irs qoymadan ölür, daha ehtiyatlılar isə sağ qalırdılar. Biz də onların davamçılarıyıq.

    Burada təəccüb doğuran elə bir şey yoxdur: bir çox adamlarda itirmə qorxusu tapma sevincindən dəfələrlə güclüdür. Əgər siz 100 avro itirsəniz, 100 avro həcmində əldə etdiyiniz hədiyyə sevincindən dəfələrlə çox məyus olacaqsınız. Bu empirik olaraq təsdiq olunub: itirmə emosiyası, həmin ölçüdə qazanma emosiyasından iki dəfə çoxdur. Elmdə buna itkiyə nifrət etmə deyilir.
  • osipovamvцитирует2 года назад
    Dİskauntun hİperbolİk səvİyyəsİ
  • b3085032455цитирует2 года назад
    et­­məmişdim (xalq təsərrüfatı fakültəsini bitirib sa­hibkarlıqla məş­ğul olurdum), buna baxmayaraq, iki romanımı nəşr etdirmişdim. Bu isə necə de­yər­lər, bəs edirdi.
  • Togrul Rustamovцитирует2 года назад
    Overconfidence”, yəni özünə yüksək inam
  • Togrul Rustamovцитирует2 года назад
    Həmişə bütün planlarınızda pessimist ssenaridən çıxış edin (yəni işin pis tə­rə­fini düşünün, xeyiri həmişə sizindir).
  • Togrul Rustamovцитирует2 года назад
    Əgər 50 milyon insan ağılsız hə­rəkətləri təkrar edərsə, o heç vaxt həqiqətə çev­ril­mə­yəcək”
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз