Nikolay Qoqol (1809-1852) — rus yazıçısı, dramaturqu və publisisti. Rusiya və Ukrayna ədəbiyyatı klassiklərindən hesab edilir. “Şinel” povesti Nikolay Qoqolun maraqlı və məzmunlu, öz aktuallığı ilə seçilən əsərlərindən biridir. Əsərin qəhrəmanı Akaki Akakiyeviç Başmaçkin Peterburqun kiçik dövlət məmurudur. Bu sadə və yoxsul insana ətrafındakı gənc məmurlar lağ edir, əngəl törədir, onu incidir. Rusiyanın sərt qışından qorunmaq üçün yığdığı pulu ilə bir şinel tikdirir. Acı macəra da bundan sonra başlanır.